| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Türkiyədə “Qarabağ problemi və Türkiyə-Ermənistan münasibətləri” adlı kitab dərc edib

2015-11-24 14:52:04

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəstəyi ilə Türkiyədə “Qarabağ problemi və Türkiyə-Ermənistan münasibətləri” adlı kitab hazırlanmış və dərc edilmişdir. Əsərin müəllifi Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlıdır.


Kitabda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı probleminin (Qarabağ probleminin) aktuallığı, işğalın ümumilikdə region üçün yaratdığı problemlər, münaqişənin həllinin vacibliyi və region üçün yaradacağı faydalar, Türkiyə-Ermənistan münasibətlərindəki mövcud vəziyyətin bu baxımdan əhəmiyyəti qısaca izah olunmuşdur.


Kitabın birinci hissəsində xüsusilə Anadoluda və Cənubi Qafqazda “erməni məsələsi”nin ortaya çıxışı prosesinə, o cümlədən Qarabağ probleminin səbəblərinə və tarixinə qısaca toxunulmuşdur. Daha sonra problemin həlli ilə bağlı təşəbbüslər, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi, beynəlxalq təşkilatların işğal ilə bağlı qərarları izah edilmişdir.


İkinci hissədə Türkiyə-Ermənistan münasibətlərinin yaxın tarixi və münasibətlərdəki əsas məqamlar qısaca izah edilmiş, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması ilə bağlı təşəbbüslərə toxunulmuşdur. Türkiyə-Ermənistan münasibətləri və sərhəd məsələsi ilə bağlı Azərbaycanın mövqeyinin Türkiyədə və beynəlxalq aləmdə daha düzgün anlaşılması üçün Azərbaycan, Ermənistanın və bəzi xarici dövlətlərin tezisləri ayrı-ayrılıqda dəyərləndirilmişdir. Hər bir hissənin sonunda o hissədəki əsas mövzu ilə bağlı başlıca arqumentlər və əks arqumentlər qeyd edilmişdir.


Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 



 

: 1364