| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM və Argentina Beynəlxalq Əlaqələr Şurası(CARİ) arasında əməkdaşlığa dair Memorandum imzalanıb

2011-11-23 01:52:00

Strateji Araşdırmalar Mərkəzinin(SAM) direktor müavini Gülşən Paşayevanın Argentinaya səfəri çərçivəsində Buenos-Ayresdə Latın Amerikasının aparıcı beyin mərkəzlərindən biri olan Argentina Beynəlxalq Əlaqələr Şurası(CARİ) və SAM arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədi SAM-ın direktor müavini Gülşən Paşayeva və CARI-nin prezidenti Alberto Rodriqez Giavarini imzalayıblar. Memorandumda tərəflər arasında toplantıların, görüşlərin keçirilməsi, birgə araşdırmaların aparılması, müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq və s. məsələlər nəzərdə tutulub.

Səfər çərçivəsində SAM-ın direktor müavini Gülşən Paşayeva CARİ-də "Azərbaycan regional və qlobal siyasətdə” mövzusunda təşkil olunmuş konfransda "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” adlı məruzə ilə çıxış etmişdir. Tədbirdə Azərbaycanın daxili və xarici siyasəti, Cənubi Qafqazın müasir geosiyasəti, Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemində oynadığı rol, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun regional təhlükəsizliyə təsiri və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Həmçinin səfər müddətində Gülşən Paşayeva Argentinanın Milli Kitabxanasında Azərbaycan haqqında nəşrlərdən ibarət fondun yaradılması ilə bağlı təqdimat mərasimində iştirak etmişdir. Bundan başqa SAM-ın direktor müavini Argentina parlamentində görüşlər keçirmişdir.




 

: 358