| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM və Avropa Siyasi Mərkəzi Brüsseldə konfrans keçirəcək

2013-03-02 10:31:00

5 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva SAM və Avropa Siyasi Mərkəzinin (European Policy Center (EPC)) birgə təşkilatçılığı ilə "Azərbaycan və Avropa İttifaqı (Aİ): irəliyə gedən yol” mövzusunda keçiriləcək konfransda iştirak və çıxış etmək məqsədilə Brüsselə səfər edəcək.

Səfər çərçivəsində SAM və Belçika Krallığının nüfuzlu beyin mərkəzləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə orada fəaliyyət göstərən Təhlükəsizlik və Müdafiə Gündəliyi (Security and Defence Agenda (SDA) ) və Eqmont İnstitutu.Beynəlxalq Əlaqələr üzrə Kral İnstitutunda (Egmont Institute Royal Institute for International Relations) bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.


 

: 414