| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM və International Alert Təşkilatının “Qarabağın gələcəyi – sülhməramlı təşəbbüslərin gələcəyi” mövzusunda təşkil etdiyi dəyirmi masa

2009-07-14 17:59:00

İyulun 14-ü Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Qarabağın gələcəyi – sülhməramlı təşəbbüslərin gələcəyi” mövzusunda dəyirmi masa keçirilmişdir. Böyük Britaniyanın International Alert Təşkilatının təşəbbüsü və SAM-la əməkdaşlıq çərçivəsində keçirilmiş tədbirdə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, eləcə də bu prosesdə sülhməramlı təşəbbüslərin və xalq diplomatiyasının mahiyyəti müzakirə edildi.

Tədbirdə 30-a yaxın politoloqlar, millət vəkilləri, regional və beynəlxalq münasibətlər üzrə digər mütəxəssislərlə yanaşı International Alert Təşkilatının nümayəndələri – Asiya və Avrasiya üzrə proqram direktoru Fil Şempeyn, Avrasiya proqramları üzrə layihə direktoru Desislava Rusanova, və Rusiya Federasiyasının İctimai Palatasının Millətlərarası Münasibətlər və Vicdan Azadlığı Komissiyasının üzvü Maksim Şevçenko iştirak edirdi.

Müzakirədə geosiyasi amillərə, münaqişənin mövcud durumuna, siyasi səviyyədə mümkün irəliləyişlərin əldə edilməsi təqdirində hər iki ölkə ictimaiyyətində qarşılıqlı inamın yaradılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə və digər məsələlərə toxunuldu. Eyni zamanda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının bu proseslərdə daha yaxından iştirakını dəstəkləyən ekspertlər beynəlxalq təşkilatların bu məsələyə diqqətinin artırılmasını bildirdilər.

Qeyd edildi ki, xalq diplomatiyasının tətbiqi və sülhməramlı təşəbbüslərin həyata keçirilməsi uzunmüddətli xarakter daşımalıdır və bu proseslərdə bütün maraqlı tərəflərin fəaliyyəti koordinasiya edilməlidir. Gələcək addım kimi bu tipli – ekspertlər səviyyəsində təşkil edilən görüşlərin əhəmiyyətini nəzərə alan təşkilatçılar belə toplantıların davamlı şəkildə keçirilməsində maraqlı olduqlarını bildirdilər.



 

: 657