| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM və NATO əməkdaşlıq perspektivlərini müzakirə etmişlər

2012-11-14 12:05:00

13 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva NATO Qərargahında görüşdə olmuşdur.

Gülşən Paşayeva siyasi suallar və təhlükəsizlik, yarana biləcək təhlükələr və ictimai diplomatiya məsələləri üzrə Alyans şöbə nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirmiş, SAM-ın fəaliyyəti və layihələri haqqında ətraflı məlumat vermişdir.
Bununla bərabər SAM və NATO arasında enerji təhlükəsizliyi, ictimai diplomatiya və digər qarşılıqlı maraq kəsb edən məsələlər, "Sülh naminə elm" proqramı daxil olmaqla, birgə layihələrin perspektivləri müzakirə olunmuşdur. 
Səfər zamanı Gülşən Paşayeva NATO-nun tərəfdaş ölkələri və üzvlərinin iştirak etdiyi, NATO-da Azərbaycan Nümayəndəliyi tərəfindən təşkil olunmuş "Cənubi Qafqazda Təhlükəsizlik Dilemması: Perspektivlər və Problemlər" mövzulu tədbirdə çıxış etmişdir.


 

: 375