| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM və AVİM Ankarada beynəlxalq konfrans keçirmişdir

2014-11-21 14:51:38

21 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Avrasiya İncələmələr Mərkəzinin (AVİM) birgə təşkilatçılığı ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə, qonşuluq münasibətlərinə təhdid kimi"mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 


Tədbiri Avrasiya İncələmələr Mərkəzinin (AVİM) direktoru Alev Kılıç, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov və "Jamestown Foundation"-nin direktoru Glen Hovard açılış nitqləri ilə başlamışlar. 


Moderatorunun Musa Qasımlı olduğu "1828-ci ildən münaqişə başlananadək "Qarabağ məsələsi" demoqrafik proseslər və inzibati dəyişikliklər" mövzulu birinci sessiyanın məruzəçiləri millət vəkili, tarixçi Musa Qasımlı "1828-ci ildən günümüzədək Qarabağ ərazisində demoqrafik proseslər", "QAFQAZSAM"-ın direktoru Araz Aslanlı "1828-ci ildən sonra Qarabağ ərazisində inzibati dəyişikliklər", Atılım Universitetinin müəllimi Hasan Ali Karasar "Ermənistanın daxili siyasətində Qarabağ klanının rolu" və TOBB Universitetinin müəllimi, Türkiyə Respublikası baş nazirlik yanında dövlət arxivlərinin keçmiş müdiri Yusuf Sarınay "Osmanlı arxivlərində Qarabağ" mövzularında çıxışlar etmişlər.   


Moderatorunun USAK-ın direktor müavini Kamer Kasımın olduğu "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi geosiyasi maraqlar kontekstində" mövzulu ikinci sessiyanın məruzəçiləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyi", Ankara Universiteti Hüquq fakültəsinin müəllimi Cavid Abdullazadə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqda", USAK-ın direktor müavini Kamer Kasım "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair böyük güclərin mövqeyi" və AVİM-in elmi işçisi Aslan Yavuz Şir "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Türkiyənin mövqeyi" mövzularında çıxışlar etmişlər.


Konfrans sual - cavab sessiyası ilə başa çatmışdır.  


Fotolar: Hazel ÇAĞAN



 

: 2755