| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM və Azərbaycan Futuroloqlar Cəmiyyəti “Regionun gələcəyi - yeni model” mövzusunda tədbir keçirmişdir

2016-04-28 19:04:26

28 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində Milenium Layihəsinin Meksika üzrə direktoru Konsepsion Olavarrietanın iştirakı ilə “Regionun gələcəyi - yeni model” mövzusunda tədbir keçirilmişdir.  

 

Minilliyin Layihəsinin Meksika  Bölməsinin direktoru  Konsepsion Olavarrieta məruzə ilə çıxış etmişdir.

 

Konsepsion Olavarrietanın çıxışı  “Regionun  gələcəyi - yeni  model” mövzusuna həsr edilmişdir.

 

Tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin  direktor müavini Gülşən Paşayeva salamlama nitqi ilə açıq elan etmişdir.

 

Daha sonra Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynovaya söz verilmişdir.  

 

Tədbirin sonunda qonaq ekspert davamlı inkişaf və elmi-texniki tərəqqinin mümkün təsirləri barədə sualları cavablandırmışdır.  

 

 



 

: 915