| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM və İtaliyanın Beynəlxalq Əlaqələr İnstitutunun birgə təşkilatçılığı ilə "Avropada Enerji Təhlükəsizliyinin Təminatı: Xəzərdən qaz nəqlində imkanlar və maneələr" mövzusunda dəyirmi masa keçirilmişdir

2015-04-08 11:44:34

8 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və İtaliyanın Beynəlxalq Əlaqələr İnstitutunun birgə təşkilatçılığı ilə "Avropada Enerji Təhlükəsizliyinin Təminatı: Xəzərdən qaz nəqlində imkanlar və maneələr" mövzusunda dəyirmi masa keçirilmişdir.

 

Tədbiri salamlama nitqi ilə SAM-ın direktoru Fərhad Məmmədov açıq elan etmişdir.


Daha sonra Italiya Beynəlxalq Əlaqələr İnstitutunun (Istituto Affari Internazionali) direktoru Ettore Qreko çıxış etmişdir. Moderatorunun SAM-ın direktor müavini Gülşən Paşayevanın olduğu dəyirmi masada İtaliyanınBeynəlxalq Əlaqələr İnstitutunun baş elmi işçiləri Nikolo Sartori və Nona Mixelidze, SAM-ın aparıcı elmi işçisi Gülmirə Rzayeva, Bakı Dövlət Universitetinin müəllimi Bəxtiyar Aslanbəyli və s. qonaqlar iştirak etmişlər. 



 

: 2078