| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-da İsveç nümayəndə heyəti ilə görüş keçirilib

2015-02-05 00:34:43

4 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, şöbə müdiri vəzifəsini icra edən Cavid Vəliyev və aparıcı elmi işçi Kamal Makili-Əliyev İsveç nümayəndə heyətilə görüşmüşdür.


Görüşdə İsveç XİN-nin Şərqi Avropa şöbəsinin müdir müavini Tereze Hiden, İsveç XİN-nin Şərqi Avropa şöbəsinin Cənubi Qafqaz bölqəsinin direktor müavini Tobias Lorentzson, İsveç XİN-nin Şərqi Avropa şöbəsinin katibi Sofia Nyman, İsveç Beynəlxalq İnkişaf Agentliyinin müşaviri və Azərbaycanda İsveç səfirliyinin birinci müşaviri Tomas Danestad iştirak etmişlər. 

 

Görüşün əvvəlində F.Məmmədov SAM haqqında ümumi məlumat vermişdir. Müzakirələr zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münagişəsi, Avropa İttifaqının münaqişəyə dair mövqeyi, həmçinin qlobal çağırışlara uyğun strategiyanın seçilməsi məsələlərinə toxunulmuşdur. Avropa İttifaqının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münagişəsinin həllində rolunun artırılması  perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.



 

: 3538