| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətə dair beynəlxalq konfrans keçirəcək

2018-11-14 10:06:01

17 noyabr 2018-ci il tarixində Hilton Bakı otelində (Sevda zalı) “İşğal Olunmuş Azərbaycan Ərazilərində Qeyri-Qanuni Fəaliyyətlər və Üçüncü Tərəflərin Məsuliyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək.


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, beynəlxalq hüququn imperativ normalarının pozulması və eləcə də mədən qaynaqlarının qanunsuz şəkildə istismarına dair mövzular ətrafında çıxışlar dinləniləcək, eyni zamanda, işğal altındakı ərazilərdə həyata keçirilən qanunazidd fəaliyyət peyk vasitəsilə əldə edilmiş görüntülər əsasında təhlil ediləcək.


Qeyd edək ki, konfransda işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz fəaliyyətə dair cinayət işinin açılması və qarşı tərəfin həmin fəaliyyəti münaqişənin uzadılması və status-kvonun saxlanılması vasitəsi kimi istifadə etməsi, habelə Minsk qrupunun 25 illik fəaliyyətinin müzakirəsi də nəzərdə tutulmuşdur.

 

Tədbirdə iştirak etmək üçün info@sam.gov.az ünvanına məktub yazaraq iştirakınızı təsdiq etməniz xahiş olunur.



 

: 213