| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM “Xəzər Regionunda Əməkdaşliq: Milli perspektivlər və ümumi çağırışlar” mövzusunda konfrans keçirəcək

2013-06-14 06:13:55

17 iyun 2013-cü il tarixində SAM "Xəzər Regionunda Əməkdaşliq: Milli perspektivlər və ümumi çağırışlar” mövzusunda konfrans keçirəcək. 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və Konrad Adenauer Fondunun regional proqram direktoru Canan Atilqan konfransı giriş sözü ilə açacaq.   

"Xəzər regionunda iqtisadi əməkdaşlığın dinamikası: Ticarət, enerji və nəqliyyat” mövzulu birinci panelin məruzəçiləri Azad Berlin Universitetinin Xəzər Araşdırmaları Mərkəzinin koordinatoru Bəhruz Abdolvand, Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzinin elmi işçisi Karlo Frappi, Azərbaycan Respublikasının Prezidenti yanında  Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Azad Qəribov olacaq.  

"Xəzər regionunda təhlükəsizlik strategiyaları və strukturları: Milli perspektivlər, regional əməkdaşlıq və xarici faktorların rolu” mövzusunda olacaq ikinci paneldə Kadir Has Universitetinin beynəlxalq münasibətlər kafedrasının müdiri Mitat Çelikpalanın, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimovun çıxışları planlaşdırılır.


 

: 422