| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM "Yaşıl iqtisadiyyat" mövzusunda dəyirmi masa keçirəcək

2012-11-14 06:05:00

15 Noyabr 2012-ci il tarixində Strateji Araşdırmalar Mərkəzi "Yaşıl iqtisadiyyat" mövzusunda dəyirmi masa keçirəcək. 

Tədbiri BMT Ətraf Mühit Proqramının Regional Direktoru Jan Dusik, Ekologiya və təbii sərvətlər naziri Hüseyngulu Bağırov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Direktoru Fərhad Məmmədov və BMT İnkişaf Proqramının Rezident nümayəndəsi Antonius Broek giriş sözü ilə açacaq. 
Tədbirin moderatorluğunu Prezident yanında İdarəçilik Akademiyasının rektoru Akademik Urxan Ələkbərov edəcək. "Yaşıl iqtisadiyyat: Strateji baxış və siyasət” adlı paneldə BMT Ətraf Mühit Proqramının Avropa üzrə regional koordinatoru Mahir Əliyev "Yaşıl iqtisadiyyat: İnkişaf zərurəti”, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Akademik Arif Həşimov "Yaşıl iqtisadiyyat” mövzusunda tədqiqatın təqdimatı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin direktoru Dr. Akim Bədəlov "Azərbaycanda yaşıl iqtisadiyyata keçid”, millət vəkili Fuad Muradov "Yaşıl inkişafda gənclərin rolu”, "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir Ibrahimov "Biznes və yaşıl iqtisadiyyat”, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Dr. Əbülfəz Babayev "Yaşıl bələdiyyə təşəbbüsləri” mövzularda çıxışlar nəzərdə tutulub. 
SAM-ın fəaliyyətini aşağıdakı linklərdən izləyə bilərsiniz:


 

: 22