| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM “Yaşıl inkişaf: enerji səmərəliliyi və alternativ mənbələr” kitabını nəşr etmişdir

2014-04-30 15:40:31

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi “Yaşıl inkişaf: enerji səmərəliliyi və alternativ mənbələr” kitabını nəşr etmişdir.

 

Kitabın müəllifləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın Təhlili və Qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, həmin şöbənin aparıcı elmi işçisi Zaur Vəliyev, elmi işçiləri Mahir Hümbətov və Şahmar Hacıyev və SAM-ın təcrübəçisi Gülay Nəsibovadır. 


Təqdim olunmuş “Yaşıl inkişaf: enerji səmərəliliyi və alternativ mənbələr” kitabı ölkədə enerji istifadəsinin səmərəliliyinin artırılmasına yönəldilmiş yeni və çox ciddi bir addım kimi qiymətləndirilə bilər. 

 

Kitab eyni zamanda Azərbaycanda yaşıl təfəkkürün formalaşdırılması, enerji səmərəliliyinin təmini və alternativ mənbələrin inkişafı baxımından olduqca dəyərli və zamanında işıq üzü görən nəzəri və praktiki əhəmiyyəti olan bir elmi araşdırmadır.

 

Bu araşdırmada enerjinin səmərəli istifadəsinə aid iki ən əsas istiqamət təhlil edilir: mövcud olan mənbələrindən daha səmələri istifadə və yeni alternativ enerji mənbələrin səfərbər edilməsi yolları. Bu məlumatlar həm bütövlükdə ölkə üçün, həm də ölkənin fərqli regionları üçün ayrıca verilib. Göstərilən bilgilər bu səpkidə ilk dəfə təqdim olunub. Belə təqdimatın üstünlüyü ondadır ki, həmin bilgilərdən enerji istifadəsi üçün bilavasitə regional proqlamların tərtibi və eyni zamanda iqtisadiyyatın hər hansi bir sahəsinin inkişafının planlaşdırılması zamanı istifadə edilə bilər. Kitabdakı məlumatlar Azərbaycanın hazırkı inkişaf mərhələsinin məqsədi olan sənayeləşdirmə prosesində enerjidən daha səmərəli istifadə, həmçinin enerji səmərəliliyinin idarə edilməsi sahəsində insan potensialının formalaşdırılması üçün əhəmiyyətli vasitədir. Əsərdə davamlı inkişafın yol xəritəsi, külək, günəş resursları xəritələri, yaşıl iqtisadiyyat üzrə əsas qurumlar və onların fəaliyyət istiqamətlərinin təsvirinə geniş yer verilib. Həmçinin mövcud beynəlxalq təcrübənin təhlili, eyni zamanda elmi analizlər üçün əvəzsiz mənbə olan və həm dünya, həm də Azərbaycan miqyasında göstərilən istiqamətlərdə durumu, olduqca önəmli statistik bilgiləri əks etdirən cədvəllər, aparılan müqayisələr əsərin həm elmi, həm də praktiki əhəmiyyətini daha da artırır və insan potensialının inkişafına təsir göstərir. Qeyd etmək lazımdır ki, bu bilgilər Azərbaycanda həm iqtisadi, həm də ekoloji təhlükəsizlik məsələləri ilə əlaqəli şəkildə təqdim edilmişdir.

 

Müəlliflərin əldə etdiyi nəticələr də ölkədə gerçəkləşdirilən dövlət siyasətinin, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının məntiqinə tam uyğundur və olduqca maraqlıdır.

 

Bütövlükdə bu elmi araşdırma, araşdırılan məsələlərə köklü nəzəri-praktiki yanaşma nəzərə alınaraq, Azərbaycanda iqtisadiyyatın yaşıllaşdırılması, alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin stimullaşdırılması, bu sahədə mütəxəssislərin hazırlanması və enerji istehlakçılarının maarifləndirilməsinə yönəlik mühüm addım kimi dəyərləndirmək olar. 


Kitabı bu linkdən oxuya bilərsiniz: "Yaşıl inkişaf: enerji səmərəliliyi və alternativ mənbələr"



 

: 1309