| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın İllik Hesabatı - 2018

2018-12-28 10:55:32

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) cari il üçün nəzərdə tutulan elmi-tədqiqat, elmi-təşkilatçılıq, analitik-informasiya və elmi-nəşriyyat sahələrindəki  fəaliyyətini yekunlaşdırmışdır. 

 

Yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və eləcə də intellektual koordinasiya fəaliyyətini davam etdirən Mərkəz, ölkə maraqlarına müvafiq məlumatları məqalə, müsahibə, monoqrafiya, video material və digər formatlarda dünya ictimaiyyətinə çatdırmışdır. 

 

Hesabat ilində SAM-ın müvafiq şöbələri tərəfindən 51 mövzu üzrə elmi-tədqiqat işi aparılmışdır. 

 

2018-ci ildə SAM tərəfindən 13 çap məhsulu (altı monoqrafiya, altı toplu və bir infoqrafika) nəşr edilmişdir. Onlardan beşi Türkiyə, Gürcüstan, Rusiya, Litva və İtaliyada, səkkizi isə Azərbaycanda çap edilmişdir. 

 

SAM-ın əməkdaşları tərəfindən aktual mövzuların təhlilinə dair 167 qapalı xarakter daşıyan arayış və hesabat hazırlanmış, habelə yerli və xarici mətbuatda 155 məqalə dərc edilmişdir. Həmin məqalələrdən 80-i Azərbaycanda, 75-i isə ABŞ, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Belçika, Çin, İspaniya, və s. ölkələrdə nəşr edilmişdir. Bundan əlavə, SAM ekspertlərinin il boyu yerli və xarici mətbuatda 82 müsahibəsi dərc edilmişdir. Həmin müsahibələrdən 25-i xaricdə,57-si isə Azərbaycanda nəşr edilib. 

 

2018-ci ildə SAM-ın mətbu orqanları — Caucasus International (ingilis dilində) və Strateji təhlil (Azərbaycan və rus dillərində) elmi jurnallarının hər birinin iki sayı, SAM-ın xüsusi nəşri olan SAM-ın şərhləri məcmuəsinin isə bir sayı (Azərbaycan dilində) çap edilmişdir. 

 

Cari ildə SAM tərəfindən ölkə daxilində və xaricində beynəlxalq konfrans, dəyirmi masa, kitab təqdimatı, mühazirə, brifinq və s. formatlarda ümumilikdə 33 tədbir təşkil edilmişdir. Həmin tədbirlərdən 20-si Azərbaycanda, digər 13 tədbir isə xaricdə (Türkiyə, Gürcüstan, Pakistan, İtaliya) keçirilmişdir.

  

Bu il SAM və Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) birgə təşkilatçılığı ilə həyata keçirilən Qonaq elmi işçilərin mübadiləsi proqramı çərçivəsində Pakistan, Hindistan, Qazaxıstan və Qırğızıstandan 6 xarici ekspert SAM-da müxtəlif mövzular üzrə tədqiqat aparmışdır. Bununla yanaşı, SAM-ın Ali məktəb tələbələri üçün təcrübə proqramında 11 yerli və 2 xarici ali təhsil müəssisəsini təmsil edən 13 tələbə/məzun iştirak etmişdir. 


Hesabat dövründə SAM-ın fəaliyyəti  Facebook , Twitter, Academia.edu  səhifələri, Youtube kanalı və eləcə də Mərkəzin bu ildən etibarən fəaliyyətə başlayan bloqu vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılmışdır.


2018-ci ildə Caucasus International jurnalının internet (http://cijournal.az/) Feysbuk (https://www.facebook.com/Caucasus-International-139977719412522/) səhifələri və eləcə də Strateji təhlil jurnalının rəsmi internet (http://stj.sam.az/) və “Facebook” səhifəsi (https://www.facebook.com/Strateji-Tehlil-Jurnal%C4%B1-216786551728479/) öz fəaliyyətini davam etdirmişdir.

 

SAM-ın İllik Hesabatı - 2018



 

: 319