| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti İtaliyada səfərdədir

2018-05-14 10:37:33

14-19 may 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva və İqtisadiyyatın təhlili şöbəsinin elmi işçisi Orxan Bağırovdan ibarət nümayəndə heyəti İtaliya Respublikasının Venesiya və Milan şəhərlərinə səfər edəcək.

 

 

15 may tarixində SAM-ın nümayəndə heyəti Venesiyanın Ka Foskari Universitetində universitetin Asiya və Şimali Afrika araşdırmaları kafedrası, Ka’ Foscari Çağırış məktəbi (Challenge School) və Universitetin Şərqi Avropa ölkələrinin iqtisadiyyatı və dilləri fakültəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanı kəşf et: Xarici Siyasət, İqtisadiyyat və İtaliya ilə əlaqələr” mövzusunda keçiriləcək akademik konfransda çıxış edəcəklər. Tədbirin Azərbaycanın müasir Avrasiya geoməkanındakı roluna həsr edilmiş panelində  Gülşən Paşayeva və Orxan Bağırov Azərbaycanın xarici siyasətinin əsas hərəkətverici mexanizmlərinə,  ölkə iqtisadiyyatına və xarici iqtisadi əlaqələrinin aparıcı amillərinə dair məruzə edəcəklər.

 

 

Ka Foskari Universitetinin prorektorunun, İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin, eləcə də Azərbaycanın İtaliyadakı səfiri və İtaliyada fəaliyyət göstərən Azərbaycan üzrə Araşdırmalar Mərkəzinin direktorunun, habelə sözügedən universitetin İtaliya-Azərbaycan münasibətləri üzrə tədqiqatçılarının məruzələri ilə davam edəcək konfransda iki ölkə arasındakı sıx əlaqələr, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu, eləcə də ölkənin regionda etibarlı tərəfdaş kimi sabit mövqeyi və  Azərbaycanın müstəqillik tarixinə dair mövulara aydınlıq gətiriləcək.





 

: 169