| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Gürcüstana səfər edəcək

2018-06-04 01:42:50

4-7 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru və elmi işçilərindən ibarət nümayəndə heyəti Gürcüstana səfər edəcək.

 

Səfər çərçivəsində SAM-ın nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi, SAM və Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun (Rondeli fondu) birgə təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan-Gürcüstan: Üçtərəfli əməkdaşlığın qlobal və regional determinantları” mövzusunda keçiriləcək beynəlxalq konfransda çıxış edəcək.

 

Bundan başqa, səfər zamanı tarix elmləri doktoru Omar Ardaşelianın SAM-ın dəstəyi ilə Gürcüstanda nəşr edilmiş “Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı: tarix və müasir dövr” kitabının təqdimat mərasimi keçiriləcəkdir.



 

: 523