| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın Məsləhətçi eksperti İspaniya Krallığında keçirilən beynəlxalq dəyirmi masada iştirak etmişdir

2017-09-20 09:54:32

12 sentyabr 2017- ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin Məsləhətçi eksperti Fuad Şahbazov İspaniya Tələbələr Assosasiyası, Barselona Strateji Araşdırmalar İnstitutu və Kral Xuan Karlos Universiteti nəzdindəki Siyasi Tədqiqatlar İnstitutunun birgə təşkilatçılığı ilə İspaniya Krallığının paytaxtı Madrid şəhərində keçirilən “İnkluziv təhlükəsizlik və Dayanıqlı sülh” mövzusundakı beynəlxalq dəyirmi masada iştirak etmişdir.


İspaniya Müdafiə Nazirliyi, İspaniya Kiber Təhlükəsizlik Mərkəzi və Barselona Strateji Araşdırmalar Mərkəzi mütəxəssislərinin  iştirakı ilə həyata keçirilən tədbirdə Fuad Şahbazov “Azərbaycan – Aİ münasibətləri” və “Cənubi Qafqazda təhlükəsizlik” mövzularında iştirakçılar qarşısında çıxış edərək, onları Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki mühüm rolu, habelə Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki mövqeyi və münaqişənin mümkün həlli yolları barədə məlumatlandırmışdır. 



 

: 137