| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın Məsləhətçi- eksperti Litva universitetlərində mühazirə ilə çıxış etmişdir

2017-05-02 09:05:29

25-27 aprel 2017- ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Məsləhətçi- eksperti Fuad Şahbazov Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən Vytautas Magnus (Vytautas Magnus University) və Vilnüs Universitetlərində (Vilnius University) mühazirə ilə çıxış etmişdir. Qeyd edək ki, Fuad Şahbazovun “Avropa İttifaqı (Aİ)  və Cənubi Qafqaz münasibətləri müstəqilliyin 25- ci ildönümündə: Azərbaycanın Aİ-nın  geosiyasi strategiyasında rolu” mövzusuna həsr edilimiş mühazirəsi Siyasi elmlər və Diplomatiya  fakultəsinin məzun auditoriyası üçün nəzərdə tutulmuşdur.


Fuad Şahbazov  Aİ və Cənubi Qafqaz  arasındakı diplomatik münasibətlərinin 25-ci ildönümünə həsr edilmiş təqdimatla xarici tələbələr qarşısında çıxış etmişdir. Təqdimat zamanı, Məsləhətçi- ekspert  dinləyicilərə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Şərqlə Qərbi birləşdirən və strateji əhəmiyyətli bölgə olan Cənubi Qafqaz regionu haqqında məlumat verərək  Şimal-Cənub və Şərq-Qərb enerji və nəqliyyat xətlərini birləşdirən Azərbaycanın Aİ-nin  geosiyasi strategiyasında əhəmiyyətli yer tutduğunu vurğulamışdır.



 

: 539