| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın aparıcı elmi işçisi Rəşad Kərimov Yaponiya Xarici İşlər Nazirliyi və eləcə də Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilən səfərdə olmuşdur

2017-03-09 13:14:57

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzininin (SAM) Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov 25 fevral – 6 mart 2017-ci il tarixində Yaponiyada səfərdə olmuşdur.


Səfər Yaponiyanın Xarici İşlər Nazirliyi və Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə həyata keçirilmişdir. Qeyd edək ki, sözü gedən səfər regional məsələlərin müzakirəsinə həsr edilmiş dəyirmi masa və görüşlərlə müşayət olunmuşdur. Görüşlər zamanı regionda cərəyan edən hadisələrlə bağlı bir çox tanınmış ekspertlərlə fikir mübadiləsi aparılmış və qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanmışdır. Bununla yanaşı, SAM – ın aparıcı elmi işçisi Rəşad Kərimov Yaponiyada fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri, elm adamları, diplomatlar və digər şəxslərlə görüşlər həyata keçirmişdir. Eyni zamanda, elmi işçi  Yaponiya tərəfini Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsi ilə bağlı dolğun informasiya ilə təmin etmiş, həmçinin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri onların diqqətinə çatdırmışdır. Səfər zamanı bu kimi görüşlərin intensivləşdirilməsi və gələcəkdə də davam etdirilməsinin vacibliyi  hər iki tərəfdən  bir daha vurğulanmışdır.

 



 

: 636