| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın “Dünyaya Təhdid: Hidroloji Cinayət və Ekoloji Soyqırım” mövzusundakı yeni kitabı Litvada nəşr edilib

2018-10-26 09:15:25

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xaricdə nəşr edilən ingilisdilli kitablarının siyahısına hidroloji və ekoloji cinayətkarlığın təhlilinə həsr edilmiş yeni nəşr əlavə edilmişdir.



Litvada çap edilmiş “Dünyaya Təhdid: Hidroloji Cinayət və Ekoloji Soyqırım” kitabının nəşrindəki əsas məqsəd karbon emissiyasının azaldılması və kimyəvi çirklənmə ilə mübarizənin aktual olduğu, habelə nüvə məsələlərindən dolayı bir sıra ölkələrin embarqo təhlükəsi ilə üzləşdiyi hazırkı dövrdə Cənubi Qafqaz regionunda müşahidə edilən ekoloji təhlükələri region və qonşu ölkələr kontekstindən analiz edərək bu sahədəki ingilisdilli akademik və analitik boşluğu doldurmaq və ələlxüsus da Ermənistanın birbaşa olaraq region ölkələrinə, lakin dolayısıyla bütün dünyaya qarşı törətdiyi ekoloji təhlükələrə dair məlumatları xarici oxuculara çatdırmaqdan ibarətdir.



Mövzunun ilkin araşdırması SAM-ın əməkdaşları Araz Qurbanov, Azad Qəribov, Fuad Çıraqov və Mahir Hümbətov tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi əsasında həyata keçirilmişdir. Lakin sonradan SAM-ın dəstəyi ilə mövzu daha dərindən incələnmiş və Türkiyə Cümhuriyyətindən olan iki tanınmış müəllif – Dursun Yıldız və Tuğba Evrim Maden də mövzuya öz töhfələrini vermişlər. Əldə edilmiş yekun tədqiqat kitab halına salınaraq Mahir Hümbətovun elmi redaktorluğu ilə ingilis dilində çap edilmişdir.



Mövzunun tədqiqatı çərçivəsində Böyük Britaniyaya səfər edilmiş və London Kral Kolleci, SOAS London Universiteti, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi də daxil olmaqla bir sıra nüfuzlu elm mərkəzlərinin rəsmiləri və akademik heyəti ilə mövzuya dair müsahibələr həyata keçirilmiş, həmin elm mərkəzlərinin arxiv və kitabxanalarından istifadə edilmişdir. Dünyada davamlı şəkildə müzakirə edilən mövzular və Cənubi Qafqaz ekosistemindəki əsas problemlərə aydınlıq gətirən bu yeni nəşr beynəlxalq ekspert və analitiklərin, habelə mövzu ilə bağlı nəzəri və praktiki təcrübəyə malik dövlət rəsmiləri və müşahidəçilərin intensiv fikir mübadiləsi və birbaşa iştirakı nəticəsində ərsəyə gəlmişdir.



Qeyd edək ki, hidroloji və ekoloji təhdidlərin təhlilinə həsr edilmiş nəşr regionun ekoloji çirklənmə arealını genişləndirən, mövcud və gələcək ekoloji fəlakətlərin bilavasitə iştirakçısı olan Ermənistanla bu sahədə əməkdaşlıq layihələri həyata keçirməyə çalışan müxtəlif ölkələrin hökumət qurumları, biznes nümayəndələri və eləcə də beynəlxalq təşkilatlar üçün elmi bələdçi funksiyasını yerinə yetirəcəkdir.


 Dünyaya Təhdid: Hidroloji Cinayət və Ekoloji Soyqırım



 

: 428