| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM - ın elmi işçisi “Avropa İttifaqının (Aİ) xarici münaqişələr və onların tənzimlənməsinə kompleks yanaşması” adlı konfransda iştirak etmişdir

2017-04-13 13:05:25

10-12 aprel 2017- ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi İlqar Qurbanov Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “Avropa İttifaqının (Aİ) xarici münaqişələr və onların  tənzimlənməsinə kompleks yanaşması” adlı konfransda iştirak etmişdir. Eyni zamanda, SAM-ın elmi işçisi İlqar Qurbanov konfrans zamanı “Avropa İttifaqının Cənubi Qafqaz regionundakı münaqişələri tənzimləmə səyləri” adlı məqaləsini təqdim etmiş və Aİ- nın sözü gedən regionda münaqişələrin  həllinə istiqamətlənmiş cəhdlərini Azərbaycan konteksinden analiz etmişdir.


Qeyd edək ki, “Aİ-nın xarici münaqişələr və onların tənzimlənməsinə kompleks yanaşması” başlıqı layihə Avropa Təhlükəsizlik Strategiyası, siyasəti və bu istiqamətdə olan təşəbbüslər haqda bilikləri müxtəlif rakurslardan analiz edir, həmçinin Ukrayna və qonşuluqda yerləşən ölkələrdə əldə etdiyi təcrübələrin fonunda Aİ-nın  qlobal münaqişə idarə etmə üzrə rolu ve məqsədlərinin müzakirəsinə təşviq edir.



 

: 260