| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SEÇKİ 2010. TƏBLiĞAT-TƏŞVİQAT KAMPANİYASI: ƏSAS XÜSUSİYYƏTLƏR, İLKİN NƏTİCƏLƏR

2011-07-13 12:32:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2010-cu il parlament seçkilərinin mərhələlərinə dair növbəti – dördüncü təhlili təqdim edir. "Təbliğat-təşviqat kampaniyası: Əsas xüsusiyyətlər, ilkin nəticələr” adlı bu təhlildə Mərkəzi Seçki Komissiyası bütün namizədlərə ödənişsiz efir vaxtı ayırılmasından, təbliğat mərhələsinin beynəlxalq müşahidəsindən, blok və partiyaların proqramlarından bəhs olunur.


Seçkiqabağı təbliğat kompaniyasına  rəsmən  oktyabr ayının 15-də  start verildi. Təbliğat-seçicilərin seçkidə iştirak edib-etməməsinə, lehinə yaxud əleyhinə səsverməsinə,  namizədin müsbət, rəqibinin  isə mənfi imicinin formalaşmasına  yönəlmiş səyləri ifadə edən, sivil siyasi mübarizənin  mühüm institutlarından biridir. Bu mərhələdə seçkilərdə müəyyən edilən strateji məqsədlərin həyata keçirilməsi üçün real addımlar atılır. Artıq həmin mərhələ sona çatıb. Kampaniyanın gedişində əsas diqqəti çəkən xüsusiyyətləri, bəyan edilən proqramları və səslənən şüarları təhlil etməklə onun ümumi mənzərəsini müəyyənləşdirmək olar.

İlk növbədə  ölkədə təbliğat üçün mövcud olan ictimai-siyasi mühitdən başlayaq.  
 

Seçkidə  seçici iradəsinin qalib gəlməsi önəmlidir 
 

Seçkilərin ictimai-siyasi sabitlik  şəraitində, qanun çərçivəsində, Seçki Məcəlləsinin tələblərinə uyğun, eyni zamanda, seçki rəqabətinin təmin olunmasına şərait yaradan  mühitdə  keçirilməsinə dair demək olar ki, ümumi ictimai rəy formalaşmışdır. Bakıda BMT İnkişaf Proqramının Hesabatının  təqdimat mərasimindəki çıxışında Azərbaycan Prezident Administrasiyasının rəhbəri  R.Mehdiyev qeyd edib ki: "Azərbaycanda  demokratik seçkilər ənənəsi formalaşmışdır. Biz üzərimizə düşən öhdəlikləri yerinə yetiririk. Bütün namizədlərin bərabər şərtlərlə mübarizə aparması təmin edilib, azad mühit yaradılıb. Məntəqələrdə qurulan 500 veb-kamera seçkilərin şəffaflığını təmin edir. Seçkilərin demokratik keçirilməsində mətbuatın qərəzsiz mövqeyi də rol oynayacaq. Son illər Azərbaycanda müşahidə olunan iqtisadi artım ölkə vətəndaşlarının seçim imkanını artırmağa imkan verən əsas vasitələrdən biridir. ÜDM-in inkişaf tempi böhran dövrünə qədər 30 faiz dairəsində dəyişib. Bu, dünyada ən yüksək göstəricilərdən biridir. Neft hasilatından gələn gəlirlər şəffaf fəaliyyətinə görə BMT-nin xüsusi mükafatını alan Dövlət Neft Fondunda toplanır. Azərbaycanda tətbiq olunan müasir informasiya texnologiyaları da ölkədə azad və ədalətli seçkilərin keçirilməsinə öz töhfəsini verəcək”.1

  Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun fikrinə görə: "Azərbaycanda tamamilə sabit seçkiqabağı vəziyyət müşahidə olunur, siyasi mübarizə üçün bütün şərait yaradılıb, seçki institutları dinamik fəaliyyətdədirlər. Azərbaycanda seçkiqabağı kampaniya ilə əlaqədar ciddi hüquq pozuntuları müşahidə edilmirbir sıra  problemlər seçici institutları tərəfindən vaxtında öyrənilir və qarşısı alınır. Bütün namizədlərə pulsuz, bərabər efir vaxtı ayrılır. Namizədlər yerlərdə – həm açıq, həm də qapalı şəraitdə öz seçiciləri ilə görüşlər keçirir. Beynəlxalq müşahidəçilərin fəaliyyət göstərməsi də təmin olunub. Düşünürük ki, seçki sakit şəraitdə keçiriləcək, xalqın, seçicilərin etimadını qazanan namizədlər qalıb gələcəklər. Bizim üçün bu seçkidə bütövlükdə seçici iradəsinin qalib gəlməsi önəmlidir. Kim qalib gələcək, biz onunla işləməyə hazırlıq”. 2

Eyni zamanda dövlət seçki prosesinə icra strukturlarının müdaxiləsinə, inzibati resursların istifadəsinin ciddi cəzalandırılmasına dair sərt  mövqeyini ardıcıl olaraq nümayiş etdirir və onun yerinə yetirilməsinə nəzarət edir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi  (MHM) "Elektron səsvermə və ictimai fikrin müəyyən edilməsi" sistemini təqdim edib. Yeni sistem "Bir vətəndaş-bir səs" prinsipi ilə seçicilərə şəxsiyyət vəsiqəsinin PİN kodundan istifadə edərək internetlə səs verməyi, səsvermə prosesinin tam anonimliyini təmin edir. Seçkidə şəffaflığın təmin olunması üçün bir sıra məntəqələrdə veb-kameralar quraşdırılacaq. Səsvermənin gedişini "online" rejimində izləmək seçicilərə seçki məntəqələrindən daxil olan nəticələri interaktiv izləməyə imkan verəcək. 3

Seçkilərlə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) "Qaynar xətt” yaradılıb. Qaynar xətt paytaxt polisinin ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi, vətəndaşların təklif və şikayətlərinin qəbul edilməsi və müraciətlərə operativ cavab verilməsi məqsədilə yaradılıb. Seçki kampaniyası dövründə Bakı şəhərində polisin xidməti ilə əlaqədar hər hansı narazılıq və ya anlaşılmazlıq yaranarsa, paytaxt sakinləri Baş İdarəyə gün ərzində konkret telefonlarla müraciət edə bilərlər.4 BŞBPİ-nin məlumatında qeyd olunur ki, qanunvericiliyə əsasən, polis seçki prosesinə müdaxilə etmir, yalnız sabitliyin keşiyində dayanır və qanunçuluğun bərqərar olunmasına çalışır. Kampaniya gedişində, BŞPİ deputatlığa namizəd, AXCP sədri Ə. Kərimlinin seçicilərlə görüşü zamanı insidentə dair "Azadlıq” qəzetində gedən materiallarla əlaqədar təcili araşdırmalar aparıb. Məlum olub ki, Ə. Kərimlinin seçicilərlə görüşünə Müasir Müsavat Partiyasının sədr müavini F. Əliyev maneçilik törətməyə çalışıb. Məhz polisin qanuni müdaxiləsindən sonra həmin vətəndaş görüşün keçirildiyi ərazidən uzaqlaşdırılıb və haqqında inzibati tənbeh tədbiri görülüb5

 
Mərkəzi Seçki Komissiyası  bütün namizədlərə ödənişsiz efir vaxtı ayırdı

Qeydiyyat mərhələsini namizədlərin sayına görə YAP birinci, AXCP-Müsavat bloku ikinci sırada başa vurdu. Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyi qeydə alınanlardan 42 nəfər namizədliyini geri götürüb. 6 MSK qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan əlavə, ödənişsiz əsaslarla efir vaxtının və dövri nəşrdə dərc üçün yerin ayrılması haqqında qərarı kifayət qədər siyasi-ictimai əks-səda doğurdu. Bütün namizədlərə bərabər imkanlar, hər seçki dairəsinin ərazisində onların öz seçiciləri ilə açıq və qapalı məkanlarda görüşmələri üçün yerlər ayrıldı.

Oktyabr ayının 26-dan MSK çap olunan seçki bülletenlərinin və protokolların paylanmasına başladı. Azərbaycanda seçkilərə beş gün qalmış DSM-ə seçki bülletenlərinin verilmə prosesi başa çatır, seçki məntəqələri isə səsverməyə üç gün qalmış onları almalıdır. Azərbaycanda protokolların və seçki bülletenlərinin hazırlanması və dairə seçki məntəqələrinə çatdırılması prosesi xüsusi nəzarət altında həyata keçirilir. Oktyabrın 29-da MSK  seçki bülletenlərinin dairə seçki komissiyalarına verilməsini başa çatdırıb.

MSK məntəqə  seçki komissiyalarının üzvləri üçün "Seçki günü  üçün yaddaş" kitabçasını, həmçinin "Müşahidəçilər  üçün yaddaş" kitabçasını hazırlayaraq təqdim ermişdir7.

Deputatlığa namizədlərin maliyyə resurslarına gəldikdə isə seçki dönəmində namizədlərin maliyyə resurslarına  MSK-nın Maliyyə-Təftiş Qrupu nəzarət edir. Bütün namizədlər seçki fondu üçün özlərinin bankda hesablarını açıblar.  Namizədlərin fondları MSK-da deyil, DSK-larda yerləşir. Seçki dövründə namizədlər üç dəfə - imza vərəqələri təhvil verəndə, təbliğat prosesində və seçki başa çatdıqdan sonra maliyyə hesabatı verməlidirlər. Maliyyə hesabatlarını həm DSK, həm də MSK-nın müvafiq qrupu yoxlayır, ciddi pozuntular namizədliyin ləğvinə qədər cəzalandırıla bilər”.  8

MSK-da 3466, dairə seçki komissiyalarında isə 42494 yerli müşahidəçi qeydə alınmışdır. Onlardan 5322-si QHT-lərin, 8097-si siyasi partiyaların və siyasi partiya bloklarının nümayəndələri, qalanları isə öz təşəbbüsü ilə müşahidə aparmaq istəyənlərdir.9 Təbliğat mərhələsində MSK-ya ciddi qanun pozuntusu ilə müşayiət olunan şikayətlər daxil olmamışdır.

Təbliğat mərhələsinin beynəlxalq  müşahidəsi

Azərbaycanda bu dəfə parlament  seçkilərinin  gedişini  izləmək üçün   gələn beynəlxalq müşahidə missiyası, indiyə qədər  keçirilən  seçkilərlə müqayisədə say baxımından  ən çox tərkib olacaq. Parlament seçkilərinin gedişini izləmək üçün 51 ölkədən 991 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. MSK-sı seçkiləri müşahidə etmək üçün akkreditə olunan beynəlxalq təşkilatların siyahısını açıqlayıb. Müşahidəçilərin ümumi sayı 1024-dür. O cümlədən, Avropa Şurasının Parlament Assambleyası – 33 nəfər; Avropa İttifaqı Şurası – 5 nəfər; Avropa İttifaqının Bakı üzrə nümayəndəliyi – 3 nəfər; Avropa Parlamenti – 16 nəfər; Türkdilli Ölkələrin Parlament Assambleyası – 10 nəfər; ATƏT-in Parlament Assambleyası – 58 nəfər; ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) – 316 nəfər; Müstəqil Dövlətlər Birliyi – 351 nəfər; GUAM – 2 nəfər; ABŞ səfirliyi – 31 nəfər; Böyük Britaniya səfirliyi – 12 nəfər; Qazaxıstan səfirliyi – 6 nəfər; Norveç səfirliyi – 4 nəfər; 14. Bolqarıstan səfirliyi – 3 nəfər; Polşa səfirliyi – 2 nəfər; Yaponiya səfirliyi – 2 nəfər; Belçika səfirliyi – 1 nəfər; Finlandiya səfirliyi – 1 nəfər; Avropa Seçki Müşahidə Akademiyası (QHT) – 166 nəfər; "Vestnik Kavkaza” Analitik İnformasiya Agentliyi – 2 nəfər10.  
 

Avropa Birliyinin (AB) təmsilçiləri həm ATƏT missiyasının tərkibində, həm də  ayrılıqda müşahidəçilik edəcəklər. AB-nin Azərbaycandakı səfiri Rolan Kobia missiya haqqında deyib: "AB-dən təxminən 15-20 müşahidəçi qrup, o cümlədən AB üzvü ölkələrin və strukturlarının nümayəndələri seçkilərin gedişini izləyəcək. Seçkilərin gedişini Avropa Parlamentinin yeddi üzvü, eləcə də AB-nə üzv ölkələrdən müşahidəçilər izləyəcəklər. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi P.Semnebinin  özü olmasa da komandası paytaxtda  çalışacaq. Seçkiqabağı vəziyyəti necə qiymətləndirilməsinə gəldikdə isə, AB, ATƏT DTİHB SMM-nın ilk aralıq hesabatında verilən qiyməti dəstəkləyir”.

AŞPA-nın missiyası iki mərhələdə reallaşdırılır. Onlardan birincisi seçkiqabağı missiyadır və hal-hazırda həyata keçirilir. Digəri isə seçkilər günü baş tutacaq qısamüddətli missiya olacaq. AŞPA seçkiqabağı müşahidə missiyasının rəhbəri Pol Vill Milli Məclisin sədri O. Əsədovla  görüş keçirmişdir. 11

Təşviqat mərhələsində ən çox diqqəti cəlb edən rəylərdən biri sentyabrın 28-dən fəaliyyətə başlayan - ATƏT DTİHB SMM-nın seçkilərlə bağlı təqdim etdiyi ilk aralıq hesabat oldu. Hesabatda bildirilir ki, MSK qarşıdan gələn parlament seçkilərinə çox aktiv hazırlıq aparır.   

Hesabatda siyasi partiyaların fəallığı, maliyyə resursları, qadınların və milli azlıqların seçkilərdə iştirakı və s. məsələlər əksini tapıb. Hakim partiyanın qeydiyyata alınmış namizədləri arasında qadınların iştirak faizinin yüksəlməsi, müxalifət namizədləri arasında az olması qeyd olunur.  
Milli azlıqların seçkilərdə iştirakına gəldikdə, hesabat müəllifləri qeyd edir ki, bu, seçkilərdə mühüm faktor deyil və heç bir həlledici təsiri yoxdur, əsas siyasi partiyaların hamısının namizədlər siyahısında milli azlıqların nümayəndələri təmsil olunub. Hesabatda, ölkədə siyasi ideyalar və platforma yarışlarının intensivliyinin müşahidə olunmadığı göstərilir. İndiki kampaniyanın dinc mühitlə fərqlənməsini müsbət istiqamətdə atılmış addım kimi dəyərləndirir. Əvvəllər bəzi seçki kampaniyalarını boykot etmiş müxalifətin seçkilərdə fəal iştirakı da müsbət qiymətləndirilir. Missiya həmçinin MSK-nın maarifləndirmə proqramlarını, seçici siyahılarına diqqətin artırılmasını, seçki prosesində QHT-lərin iştirakı üçün şəraitin yaradılmasını alqışlayır. 

Missiyanın rəhbəri, Pol Vill AXCP-Müsavat blokunun AŞPA missiyası ilə görüşdən imtinasına münasibət bildirmişdir. P.Ville qeyd edir ki, "AXCP-Müsavat" blokunun bizimlə görüşüb-görüşməməyi blokun tam hüququdur. Amma istəməzdik ki, onlar imtinalarını reallığa aid olmayan hansısa məsələləri səsləndirməklə izah etsinlər. Seçki zamanı "AŞ Azərbaycan üçün nə edib”? məsələsini bir müzakirə predmetinə çevirmək düzgün yanaşma deyil”. 12  
 
   Öz növbəsində, nümayəndə heyətinin Finlandiyalı üzvü  Yaakko Laakso isə müxalifətin müşahidə missiyası ilə görüşdən imtinasını "unikal" vəziyyət adlandırıb: "AŞPA praktikasında belə şey olmayıb. Yalnız bir hadisəni xatırlayıram ki, Çeçenistan parlamentinin radikal deputatları AŞPA nümayəndələri ilə görüşdən imtina etmişdilər”. ATƏT-in DTİHB müşahidə missiyasının rəhbəri Odri Qloverin  müsahibəsində səsləndirdiyi bir fikir də yadda qaldı: "Hər bir ölkə fərqlidir. Mədəniyyətləri fərqlidir, tarixləri fərqlidir və mənə elə gəlir ki,  bir ölkədəki seçkini başqa ölkələrdə olduğu kimi tətbiq etmək, keçirmək çox çətin olar”. 13  
 

Proqram, platforma və şüarlar seçiciyə yeni  nə vəd etdi?

Seçki kompaniyaları  üçün ənənəvi sayılan texnologiyalar sırasında namizədin seçicilərlə görüşləri, müxtəlif tədbirlərlə birlikdə  təşkil olunan namizəd-seçici ünsiyyəti, mitinqlər, iclaslar, yürüşlər, kütləvi aksiyaların keçirilməsi - və s.  mövcuddur. Bu aksiyaların  məqsədi-seçkiqabağı proqramın  çatdırılması, KİV-lərdə həmin görüşlərin reklam edilməsi üçün əsas yaratmaq, hər iki tərəfin canlı iştirak etdiyi hallarda  seçici ilə namizəd arasında pozitiv emosional dialoq yaratmaqdır.

Yeni Azərbaycan Partiyası 
 

Təbliğat meydanında mübarizə müxtəlif "siyasi çəki dərəcələri”nin təmsilçiləri arasında  gedir. "Vahid və güclü” siyasi qüvvə imicini qazanmış iqtidar partiyasının nüfuzuna təbii ki, real nümunə və simvol qismində prezident amili, xalqın etimadı, əksəriyyətin dəstəklədiyi partiya nüfuzu  böyük təsir göstərir. 1993-cü ildən – prezident, parlament və bələdiyyə  seçkilərində iştirak edib ardıcıl qələbə qazanan YAP təbliğat-təşviqat strategiyasında ötən dövrdə toplanmış qiymətli təcrübə ilə yanaşı, yeni seçki texnologiyalarının tətbiqinə də mühüm diqqət yetirir.

Qeydiyyat prosesinin yekununda   ödənişsiz efir  hüququnu yalnız hakim partiya əldə etdi. MSK-nın pulsuz efir  təqdim etmək  qərarından sonra hakim partiyanın əldə etdiyi bu hüququndan imtina etməsi seçkilərə bərabər imkanlarla getmək, ədalətli və şəffaf keçirmək yönündə daha bir addım oldu.

Seçkiqabağı təbliğat və təşviqat mərhələsi xüsusilə ciddi hazırlıq tələb edir. Onun hansı metodlarının tətbiq ediləcəyi, resursların düzgün dəyərləndirməsi, hansı təbliğat formasına daha çox üstünlük veriləcəyi, bütün bunların həm partiyanın (blokun, namizədin )imicinə həm də, təmsil edəcəyi dairənin və ölkənin inkişaf reallıqlarına nə dərəcədə adekvat olması əvvəlcədən son təfərrüatlarına qədər müzakirə olunmalıdır. Proseslərin gedişi bunun heç də bütün partiyalarda belə olmadığını göstərdi. 

Seçki texnologiyaları  sırasında hər bir namizəd və onun mənsub olduğu siyasi qüvvənin strategiya və taktikasını seçicilərə yığcam və birbaşa şəkildə çatdırılmasında, onun yaxından tanınmasında  seçki şüarı əvəzsiz rola malikdir.

Baş verən və həyata keçiriləcək tale yüklü məsələlərə dair namizədlərin təqdim etdiyi yeni  ideyalar, mövqelər, proqram və platformalarla yanaşı seçicinin ən çox yadında qalan məhz seçki şüarlarıdır.

Təbliğata rəsmi start veriləndə  bir sıra seçki bloklarının və partiyaların emblemləri  kimi, seçki şüarlarının da hələ hazır olmadığı, bəzilərinin onu müəyyən etməyə yeni başladığı, üçüncülərin isə şüara ehtiyac  duymadıqları üzə çıxdı.

Namizədlərinin siyahısını ən sonda açıqlayan YAP–sı öz seçki şüarını  bundan fərqli olaraq demək olar ki, birinci irəli sürənlərdən oldu.

Partiyanın icraçı katibi Ə.Əhmədov qeyd edir ki, "Partiya bütövlükdə  dövlətçiliyin ümumi proqramından irəli gələn vəzifələri müəyyən edir.  
Ona görə də, şüarımız "Güclü dövlət, yüksək rifah”dır. Bu vəzifələri Azərbaycan iqtidarı yerinə yetirməyə qadirdir və yerinə yetirməkdədirDigər partiyaların proqramlarında isə əvvəlki illərdə olduğu kimi populizm özünü büruzə verməkdədir14.  
 

 
Siyasi partiya və bloklar
 
Seçki Şüarları
Yeni Azərbaycan Partiyası (YAP) Güclü dövlət! Yüksək rifah!
"AXCP-Müsavat” bloku AXCP-Müsavat- xalq üçün qoşa qanad
"İslahat” bloku Blokun ümumi şüarı  yoxdur; islahatların, xüsusilə konstitusiya islahatlarının aparılmasını əsas prioritetdir
 "Demokratiya”  bloku Azadlıq, Məsuliyyət, Tolerantlıq, Sosial Ədalət, Bərabər İmkanlar
  "Qarabağ” bloku Qarabağa səs ver!
"İnsan naminə" bloku İnsan məqsəddir, vasitə deyil
Azərbaycan Mili İstiqlal Partiyası (AMİP) İstiqlaldan istiqbala
Demokratik Azərbaycan Dünyası Partiyası

(DADP)

Yolumuz haqq yoludur, Heydər Əliyev yoludur, millət yoludur
Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) Sizi deyib gəlmişik
Azərbaycan Milli Demokrat Partiyası (AMDP) Güclü Millət  – Güclü Dövlətdir.

 
 

Yeni Azərbaycan Partiyasının proqramı əvvəlki illərdə görülən işlərin məntiqi davamı və ölkənin gələcək inkişafının konturlarını təqdim etmək baxımından adekvat və real məqsədlər irəli sürüldüyü qeyd olunur. YAP sədrinin müavini, icraçı katibi Ə.Əhmədov qeyd edir ki, partiyanın proqramının başlıca hədəfi Azərbaycanı daha qüdrətli, hər bir vətəndaşın isə yüksək həyat səviyyəsini təmin etməkdir. Dinamik inkişafın əsası kimi sabitlik, demokratiyanın  və insan haqlarının qorunması, dövlət nəzarətinin gücləndirilməsi milli təhlükəsizliyin təmin edilməsi mühüm hədəflər kimi müəyyən edilib. İqtisadiyyatda innovasiyaların; ən yeni texnologiyaların tətbiqi: neft strategiyasının səmərəli nəticələrini daha da yüksəltmək məqsədilə yeni emal müəssisələrinin yaradılması; elmin ən son nailiyyətlərinin tətbiq olunduğu yüksək texnologiyalara malik müəssisələrin yaradılmasıdır”. 15

YAP-ın təbliğat-təşviqat mərhələsi politologiyada  "kompaniyanın problemlər gündəmi” adlanan məsələ baxımından da uğurlu oldu. "Seçki kompaniyasının problemlər gündəmi” dedikdə seçki zamanına təsadüf edən, hakimiyyətin nüfuzuna xələl gətirə biləcək proseslərin baş verməsi nəzərdə tutulur. Bu baxımdan, Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin dəstəklənməsi, ordunun qüdrətinin artması, qlobal böhran fonunda dünya iqtisadi inkişaf  reytinqlərində irəliləmələrlə, regionun lider dövləti kimi ardıcıl etiraflar və s. hadisələr bəhs edilən dövrə təsadüf etdi və siyasi gündəm iqtidar partiyası üçün təbliğat üçün  üstün  start imkanlarını yaratdı. Bu arada bəzi beynəlxalq QHT-lərin qərəzli neqativ rəylərlə "kompaniyanın problemlər gündəmi”ni arzu etdikləri kimi təqdim etmək cəhdləri nəticəsiz qaldı.

Müxalifətin təbliğat mərhələsində də həmrəylik nümayiş  etdirməyərək, bir-birinə qarşı qara piarla çıxış etməsi də YAP-ın resurs potensialını görünməyəcək dərəcədə artırdı. "Qarabağ” seçki blokunun təsisçilərindən biri, ADP-nin sədri S.Cəlaloğlu "Azadlıq” radiosuna müsahibəsində deyib: "Əgər biz vaxtında düzgün qərar qəbul etsəydik, Azərbaycanda bir iqtidar bloku, bir müxalifət bloku olardı. Bu gün Azərbaycanda müxalifətdə olan elə bir partiya yoxdur ki, onun haqqında ən ağır ittihamlar - vətənə xəyanətdən, iqtidara satılmağa qədər ittihamlar irəli sürülməsin. Siyasətdə bu cür piar təbii bir şeydir.  Amma ən dəhşətlisi və demokratiyaya dəyən ən böyük zərbə odur ki, müxalifət özü-öz içində qara piarla məşğul olur. Müxalifət özü-özünə iqtidarın demədiyi ittihamlar irəli sürür”. 16

Hakim partiya, opponentlərinin əks təbliğat fəaliyyətində xüsusi diqqətlə  tənqid edilir, yəni birinci hədəf YAP-dır.

Partiyanın  şəbəkə resursları  da informasiya məkanında üstünlük  əldə edilməsinə şərait yaradır. Əsas şəbəkə  resursları: http://www.yap.org.az/viewhttp://www.yeniazerbaycan.com; http://www.azerbaijan-news.az və s.-dir. 
 

Blok və  partiyaların proqramları

İlin əvvəlindən Müsavat Partiyası SİA-ya verdiyi məlumatda, "növbəti parlament seçkilərinə  ciddi hazırlaşdığını, bu işə seçki texnologiyaları sahəsində müstəqil ekspertləri cəlb etdiyini qeyd etmişdi. Müsavatın fikrincə, kampaniyanın şüarı elə olmalıdır ki, partiyanın məramlarını sərrast ifadə edə, həm də iqtidara qarşı psixoloji basqı effekti yarada bilsin. Müsavat 1991-ci ildə Türkiyədəki seçkilərdə Doğru Yol Partiyasının seçicilərə əsas vədi olan "hər kəsə iki açar" şüarını tətbiq etməyə meyllidir”.17

Partiyanın AXCP ilə seçki bloku yaratması bu planları dəyişdi və nəticədə şüar da dəyişdi. Qeydiyyata alınan namizədlərin sayına görə ikinci yeri tutan "AXCP-Müsavat” bloku keçən seçkilərdə əsas tutduğu narıncı rəngdən də imtina edib, öz yeni loqosunu yaradıb.

Bu seçkilərdə  yalnız narıncı rəngdən deyil, radikal şüarlardan, ümumiyyətlə  ifratçılıqdan uzaq olmaq cəhdləri göstərir  ki, müxalifət artıq, xalqın radikal şüarları həmin an qeyri-sabitliklə eyniləşdirərək bu qəbil çıxışlardan ehtiyat etməsini, həmçinin liberal əhval-ruhiyyəli seçiciləri qorxuda biləcəyini  yaxşı dərk edib.   
 

Pənah Hüseyn bununla bağlı qeyd edir ki, "Azərbaycan müxalifəti seçkiləri boykot etmədisə, bu da bizim fəaliyyətimizin bir nəticəsidir. Bu, çox ciddi göstəricidir ki, biz beş ildə nəyə nail ola bildik”. 18

Bundan fərqli olaraq partiyaların keçən seçkilərdə "Azadıq” bloku üçün müəyyən etdiyi platforma demək olar ki, dəyişməz qalıb, beş il ərzində yalnız bir neçə müddəaya əlavə edilib.

    Müxalifətin seçki platformalarının hər birində Qarabağ münaqişəsi, demokratik cəmiyyətin qurulmasına, sosial problemlərin qabardılmasına, korrupsiyaya qarşı mübarizəyə dair müddəalara müxtəlif variasiyalarda rast gəlmək olar. Fərqli olan yalnız münaqişəyə münasibətdə onun sülh yoxsa hərb yolu ilə həllinin dəstəklənməsi məsələsidir.

    Seçki bloku həmçinin seçicilərə çatdırmaq istədiyi 10 hədəfi də müəyyən etmişdir: "Qarabağa  azadlıq! ; rüşvətə yox; neft  hamınındır; yoxsullara çörək,  işsizlərə iş,  iş adamlarına  şərait; hər  bir  evə  qaz,  işıq,  su; əmanətlər  qaytarılsın;  hər  bir  vətəndaşın  əmlakı  toxunulmazdır” qürbətdəkilərə vətən!  siyasi   məhbuslara  azadlıq;  həqiqi parlament, müstəqil  məhkəmə, azad mətbuat”. AXCP-Musavat bloku hələ seçki mübarizəsinin əvvəlindən birləşmək çağırışları, MSK tərkibində təmsilçilik və şikayət nəticəsində namizədlərinin qeydiyyata alınması kimi məsələlərdən də təbliğat məqsədləri üçün kifayət qədər bəhrələnməyə cəhd edirdi.

AXCP liderinə  gəldikdə isə onun təbliğatının səmərəliliyi  sezilməz dərəcədədir və media üçün demək olar ki, qapalı  durumdadır. Bütövlükdə blokun liderlərin münasibətləri haqda məlumatların azlığı və ziddiyyətliyi, Musavat  divan  üzvünün partiya sıralarını tərk edərək seçkilərə müstəqil qatılması, müttəfiqlər və rəqiblər haqda bir-birini istisna edən fərqli mövqe açıqlamaları blokun ən yaxın gələcəyinin olduqca qeyri-müəyyən olduğuna işarə edir. Ümumilik təşkil edən ura-patriotizm və aqressiv-sosial ritorikalar  seçiciyə deyil, daha çox mediaya və analitiklərə hesablanmış kimi görünür.

Təbliğat-təşviqat kimi həyati vacib mərhələdə belə bir-birini vurmaq cəhdləri,  müxalifətin artıq 20 ildir nümayiş etdirdiyi mövcudluğunun siyasi perspektivlərinin olmadığını göstərir. Kiçik dairədə belə həmrəy ola bilməyən siyasətçilərin dövlətçilik məsələlərində necə birlik mövqeyindən çıxış edəcəyinə dair şübhələr xalqın gözləntilərinə zərbə vurur. Müxalifət daxili münasibətlərdəki real mənzərə, vətəndaş məsuliyyətinin nə olduğunu bilməmək bu düşərgədə tez-tez tətbiq edilən "demokratiya” sözünü seçici üçün mənasız ifadəyə çevirir. 
 

 "Demokratiya” blokunun və Asim Mollazadənin seçki platforması  
"Azadlıq,  məsuliyyət, tolerantlıq, sosial ədalət və bərabər imkanlar” kimi insani dəyərlərdən qaynaqlanır. Bu prinsiplərin həyata keçməsi güclü vətəndaş cəmiyyətinin, demokratik hakimiyyətin, azad bazarın və beynəlxalq əməkdaşlığın əsaslarını yaradır. Qarabağ probleminin həlli üçün bu  istiqamətdə səylərin artırılması, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması mühüm hesab olunur. Bazar iqtisadiyyatının əsaslarının formalaşdırılması, milli sərvətlərin effektiv toplanmasının və ədalətli bölünməsinin təmini ilk sırada durur. 19

"Qarabağ” bloku  adından və şüarından  göründüyü kimi-Qarabağa səs ver! - öz platformasının əhəmiyyətli hissəsini bu münaqişənin həlli yollarını necə gördüyünə həsr edib. "Qarabağ” blokunda təmsil olunan ”Aydınlar” partiyasının sədri Q.Əlibəylinin fikrinə görə, Azərbaycanın ən ağrılı problemi Qarabağ münaqişəsidir. Seçkilərə Qarabağ şüarı ilə iştirak etmək daha uyğundur. O baxımdan bu seçki bloku ilə seçkilərə qatılmağı lazım bildik. 20

Blokların proqram və platformaların tələm-tələsik tərtib olunması, yeni heç nəyin təklif edilməməsi, müddəalarının  isə   deklarativ xarakteri və təmsil edəcəkləri dairələrin sosial-iqtisadi xüsusiyyətlərinin  adekvat konsepsiyasının olmaması onların hər birinin üzərində ayrıca dayanmaq zərurətini aradan qaldırır.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Qarabağ probleminin həlli yönündə fərqli mövqeyə malikdir. Partiya uzun illər aparılan danışıqların qeyri-qəmərililiyini nəzərə alaraq, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının hərbi-siyasi yolunu  məqbul sayır və ATƏT çərçivəsində, eləcə də bu istiqamətdə aparılan danışıqların dayandırılmasını zəruri hesab edir. Partiyanın proqramında digər məsələlərə münasibətdə də baxışlar fərqlidir. 
 

     Debatlar: vaxt azdır, yoxsa təcrübə və peşəkarlıq kifayət deyil

MSK-nın  ödənişsiz efir ayrılması haqda məlum qərarına qədər müxalifət blokları və partiyalar təşviqat çıxılmazlığından, bahalıqdan şikayətlənərək hay-küy qaldırırdılar. Qərar veriləndə paradoksal münasibətlər davam etdi: əvvəlcə efirin verilməməsini, indi isə verilməsini yenə də "hakimiyyətin apardığı məqsədli siyasətin nəticəsi, növbəti taktika ” kimi qələmə verdilər. Buna baxmayaraq 4 dəqiqəlik efir vaxtının verilməsi ilə  siyasi kompaniya olduqca canlı, gərgin cizgilər kəsb etdi21.   

İctimai Televiziyanın nümayəndəsi Tahir Məmmədovun dediyinə görə namizədlər üçün efir vaxtı hər həftəlik 10 saatdan artırılıb və seçkiqabağı təşviqata həftədə 14 saat ayrılır. Bütövlükdə isə qeydiyyatdan keçən namizədlərin hər birinə dörd dəqiqə ayrılması nəzərə alınarsa, bu, təxminən 50 saat edir və Azərbaycanda bu vaxta qədər keçirilən seçkilərdə olduğundan əhəmiyyətli dərəcədə çoxdur.

YAP-dan başqa  müxtəlif tərəflərdən irəli sürülən 20-yə yaxın namizədin,  ödənişsiz efir imkanından imtina etməsinin müxtəlif səbəbləri də medianın diqqətini cəlb edən məsələlərdən oldu.

Dəyirmi masalarda eyni vaxtda ölkədə tanınmış  nüfuzlu namizədlərlə  yanaşı millət vəkilliyinə nə üçün iddialı olduğunu izah edə bilməyən, heç kimin tanımadığı namizədlər birlikdə çıxış edirdilər.

Bir məsələ aydındır ki, deputat ola bilməyəcəkləri halda çoxları artıq sosial şəbəkə səhifələrində "məşhur olublar”. Debatlarda əksər vurğular dövlətçiliyə xidmət, vətənpərvərlik, sosial və aqressiv ritorika üzərində qurulmuşdu. Yeni heç nə təbliğ edilmədi, perspektivli  ideyalardansa, indiki məqama hesablanmış, nəyin bahasına olur-olsun seçilmək məqsədi əsas hesab edildi. İdeya və proqramlar olmadığı üçün reklam məntiqi üstünlük təşkil edirdi.

Adətən seçici ilə, vətəndaşla geniş ünsiyyət, görüş imkanlarının məhdud olduğunu vurğulayaraq xal toplayanlar üçün debatlar aşıq sınaq meydanı oldu. Bir çox namizədlər Azərbaycan seçicisinin həm intellekti, həm də siyasi yetkinliyi baxımından çox dəyişməsinin fərqində olmadıqlarını bildilər.

Buna görə  də seçici ilə sıx ünsiyyət və əlaqəyə çox ciddi hazırlaşmaq lazım gəldiyini dərk etməyənlər xoşagəlməz vəziyyətdə qaldılar. Konkret prinsiplərin yoxluğu və problemlərin dəqiq təqdimi və həlli mexanizminin olmaması onların təbliği əvəzinə, qeyri-peşəkar olduqlarını üzə çıxardı. Proqram və platformaların səthi və tələsik tərtib olunduğunu göstərdi. 
 

Namizədlər başa düşdü ki, seçici səsini əldə etmək üçün daimi işləmək, yeniləşmək, öz simasını və yerini müəyyən etmək lazımdır. Öz qüvvələrini şişirdilmiş şəkildə deyil, reallıqda olduğu kimi dəyərləndirmək lazımdır, seçicinin rəğbət və etimadını qazanmaq üçün çoxsaylı imkanların hamısından istifadə etmək lazımdır. 
 

Kütləvi aksiyalar  gündəmdə deyil

Seçki təcrübəsindən məlumdur ki, təşkil olunması və keçirilməsi baxımından kütləvi aksiyalar, mitinqlər çox zəhmət tələb edən və özündə risk daşıyan tədbirlər sırasına daxildir. Belə ki, əgər insanlar mitinqə gəlməzlərsə (rəqiblər də bunu dərhal reklam edərlərsə) bu tədbir namizədin birbaşa zəifliyi və məğlubiyyətinin nümayişi demək olacaq. Buna görə də təşviqat mərhələsində əksər hallarda seçicilər üçün ayrılmış yerlərdə onlarla canlı görüşlərin keçirilməsinə üstünlük verilir.

Təbliğat mərhələsi başlamamışdan əvvəl müxalif düşərgədə əksəriyyət  kütləvi aksiyalar keçirilməsinin planlaşdırıldığını bildirirdi.  
 

Yeni Azərbaycan Partiyasının bu məsələyə münasibəti isə belə idi: "İndiyə qədər kütləvi aksiyaların keçirilməsinə elə bir zərurət görmürük. İnsanlar da birbaşa ünsiyyət formasına daha çox üstünlük verirlər .Əgər buna ehtiyac olarsa, onda bu formadan istifadə edə bilərik”.(Əli Əhmədov)

Təbliğat kompaniyası gedişində hamıya seçici ilə görüşlər üçün bərabər imkanlar və yerlər ayrılması öz-özlüyündə bunun zərurət olmadığını aşkara çıxardı. Kütləvi aksiyalardan istifadənin səngiməsi adətən sivil seçki  texnologiyaların inkişafının təşəkkül tapdığına işarə edir. Hüquq müdafiəçisi Səidə Qocamanlı qeyd edir: "Mənim zənnimcə, mitinq mexanizminə yenidən baxılmalıdır. Mitinqdə daima eyni şüarların səsləndirilməsi də haradasa bir az qıcıq yaradır. Mitinqdə səslənən şüarlar dəyişdirilməlidir. Avropada mitinqləri şou kimi keçirirlər. Ətrafdan baxanların diqqətini çəkə bilirlər. Bizdə isə 15 il öncəki şüarlar səslənir. Ümumiyyətlə, cəmiyyətin, kənar insanların mitinqlərə marağı itib”. 22

Bu mərhələdə  keçirilən görüşlər mini-mitinqlər, piketlər  kimi də baş verir. Şüarların meqafonla səsləndirilməsi, iştirakçılara və ərazidən keçənlərə təşviqat materiallarının paylanması formasından geniş istifadə olundu. Dünya təcrübəsində zaman parametri baxımından da məhz belə həcmli və tutumlu tədbirlərin keçirilməsi praktikası geniş yayılıb. Adətən birinci görüşlər dalğası mərhələnin əvvəlində, sonuncu dalğa isə-səsverməyə lap az qalmış həyata keçirilir.

Namizədlərin təşviqat prosesinin təşkilində o qədər də fərqlər müşahidə edilmədi, eyni ssenarilər tətbiq olundu. Yeni seçki texnologiyalarının tətbiqinə gəldikdə isə, bu dəfə ki kampaniya gedişində şəbəkə resurslarından, elektron medianın və sosial şəbəkələrin imkanlarından geniş şəkildə yararlanmaq istəyənlər kifayət qədər çox oldu.  

Müxalifətin təbliğat-təşviqat resursları sırasında malik olduğu mühüm vasitə-çap və elektron KİV-lərdir. Bu baxımdan onların imkanlarının məhdud olduğuna dair fikirlər reallığı əks etdirmir. Belə ki, ” sosioloji sorğuların göstərdiyinə görə Azərbaycanda müxalifət qəzetlərinin tirajı və oxucuları, iqtidaryönlü qəzetlərdən çoxdur. Bu nöqteyi-nəzərdən yanaşıldıqda müxalifətin resursları əksinə, daha da böyükdür. Çap və elektron KİV-ləri baxımından burada müxalifət hiss olunacaq üstünlüyə malikdir”. 23

Sosial şəbəkələrdən istifadə baxımından da müxalifət namizədləri  daha çox fəallıq nümayiş etdirdilər. Azərbaycanda 300 minə yaxın insanın "Facebook” sosial şəbəkəsində səhifəsi var. Təbliğat mərhələsində elektron KİV-lər çap KİV-ləri ilə müqayisədə üstün mövqedə oldular və məntiqi olaraq, reklam sahəsində də daha çox qazanc əldə etdilər.

Müxalifət  namizədləri bu məkanda da lazımınca geniş fəaliyyət göstərmiş,  iqtidar partiyası isə buna əhəmiyyət verməmişdir: "Facebook” da onlardan ən aktivi Müsavat başqanı İsa Qəmbərdir. Müsavat başqanının sosial şəbəkədəki səhifəsində 3154, Ümid Partiyasının sədri İqbal Ağazadənin 671, Azərbaycan Liberal Partiyasının yeni sədri Əvəz Temirxanın 4917, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin 3522 virtual izləyicisi var. Hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi və funksionerlərinin sosial şəbəkədə səhifələri yoxdur”. 24

  YEKUNLAR

2010-cu il 4-cü çağırış parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinin ilkin yekunları müəyyən qənaətlərə gəlməyə imkan verir.

Seçkilərin keçirilməsi və vətəndaşın rahat seçim etməsi üçün zəruri şərt olan normal ictimai-siyasi sabitlik mühiti təmin edilir. Seçki təbliğatının yalnız qanunvericiliyə və seçki məcəlləsinə  uyğun aparılmasına ən ciddi nəzarət həyata keçirilir. MSK geniş miqyaslı maarifləndirmə fəaliyyətini  ilə bu proseslərin öz məcrasında getməsinə şərait yaradır. Bu quruma daxil olan şikayətlərə vaxtında və obyektiv baxılmasını təmin edir. Təbliğat üçün namizədlərə ödənişsiz efir vaxtının ayrılması seçiciyə özünü tanıtmaq  üçün sivil mübarizə məkanını açdı.

Beynəlxalq və yerli müşahidə missiyalarının təbliğat kampaniyasının gedişinə dair rəy və hesabatlarında ciddi qanun pozuntuları  barədə heç bir fakt yer almadı. Bir məsələni-ötən illərin hay-küylü seçki prosesləri ilə müqayisədə, mövcud olan sabitlik  şəraitini, müxalifətin də seçicilərlə aksiyalarda deyil,  ayrılmış yerlərdə görüşlərini - seçkilərə marağın azalması, süstlük, biganəlik və s. kimi dəyərləndirdilər. Əslində demokratiya təcrübəsi çox olan ölkələrə nəzər salınanda bunun normal bir proses olduğu aydın olur.

Əslində, Azərbaycanda seçkilərin kimlərinsə gözləntilərinə uyğun olaraq deyil, reallığa uyğun şəkildə keçirilməsi artıq təəccüb doğurmamalıdır.  "Narıncı inqilab” ssenarisi də Azərbaycanda onu gözləyənləri məyus etmişdi. Bu baxımdan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun fikri səciyyəvidir: "Azərbaycanda seçki şousu gözləyənlər yanılırlar. Ölkədə normal seçkilər keçirilir”. Əslində radikal ritorikanın, "istefa” şüarlarının üstünlük təşkil etməməsi, müzakirələrdə daha çox problemlərin diqqət mərkəzində olması, debatlarda hətta müxalifət namizədlərinin Azərbaycanda inkişafı etiraf etməsi, çıxışlarında dövlət başçısının siyasətinin dəstəklənməsinə dair müddəaların yer alması da yeni meyllər olduğu üçün onların həm ölkədə, həm də beynəlxalq məkanda dərki və təhlili üçün zaman lazımdır. 
 

Təbliğat mərhələsinin mühüm yekunlarından biri Azərbaycan seçicisinin də dəyişdiyinin  reallıq olmasıdır. Bu seçici ötən illərdə bütün təsəvvürə gələn və gəlməyən metodları, seçki mərhələlərini artıq arxada qoymuş, təcrübə yığmışdır, ağı-qaradan seçə bilir. Geridə qalan 20 illik seçki təcrübəsinin yekunu qismində, radikallığın qeyri-məqbul yol kimi dəstəklənməməsində, ondan imtina edilməsində ən böyük xidmətin məhz seçiciyə aid olduğunu əminliklə demək olar. Seçicinin siyasi səviyyəsinin inkişafı, ölkədə və dünyada baş verən dəyişiklikləri və meylləri nə dərəcədə düzgün qiymətləndirə bilməsi təbliğat mərhələsində daha qabarıq sezilir.

Başlıca nəticələrdən biri də o idi ki, seçici-vətəndaş ideoloji-siyasi qütblərə daha az meyl edir və ümumilikdə bunu qəbul etmir. Bunu mərkəzçilik mövqeyinin möhkəmlənməsi kimi də izah etmək olar. Seçici "sağ-sol”, "iqtidar-müxalifət”  kimi sözləri ifrat qarşıdurma yaradan mənada anlamağı, düşünməyi qəbul etmir.   Əqidədə davamlı olmağa, şəxsi keyfiyyətlərə, peşəkarlığa və savada, mərama diqqət verir. Onu bu gün sırf ideoloji söhbətlər, bu namizədin başqasından yaxşı olub-olmaması deyil, həyat səviyyəsini, yaşayış tərzini daha da yaxşılaşdırmağa yönələn siyasi kurs maraqlandırır, bu məsələni kimin daha yaxşı həll edəcəyi maraqlandırır. Bugünkü Azərbaycan seçicisi 20 il müddətində hansı partiyanın nəyə qabil olduğunu daha yaxşı bilir.

Canlı  keçirilən teledebatlar, radio diskussiyalar və internet məkanında çıxışlarda kimin nəyə qadir olduğu aşkar oldu. Burada hər blok, partiya və ya namizəd öz "təkrarsız” xüsusiyyətini təqdim etmək imkanı əldə etdi. Debatlar cəmiyyətin təsəvvürlərində namizədlərin proqram və platformaları, parlament haqqında hansı idealların olduğunu izləməyə imkan verdi. Bir çox namizədlərin məntiq və intellekti ilə müqayisədə emosiyalarının üstün olması - bütün bunlar  qərəz və tənqid də deyil, sadəcə səviyyəsizlik və təcrübəsizlik, qeyri-peşəkarlıq demək idi.

Bu xüsusiyyət isə tam əksinə olaraq real və utopik məqsədlərin irəli sürülməsində, namizədin təcrübə və intellekti ilə savadsızlığı arasındakı keyfiyyət fərqini, daha doğrusu uçurumu üzə çıxardı. Bu fərq başlıca olaraq namizədin zaman parametrindən necə bəhrələnmək qabiliyyətində özünü biruzə verdi. 
 

Müxalifət  özünün təşkilatı potensialını tükətsə də, siyasi potensialını yeniləmək niyyətində, əzmində olduğunu nümayiş etdirdi. Onun xarakterik xüsusiyyəti - parçalanmaya meyllik və liderlərin kəskin qarşıdurma vərdişləri elektoratın mərkəzçiliyi və sağlaşması-müxalif düşərgənin də bu yönə meyllənməsini şərtləndirdi.    
 

KİV-lərin informasiya siyasəti az-çox təmkinli xarakter daşıdı, qara piar ifrat formalar kəsb etmədi. Müxtəlif qüvvələri təmsil edən namizədlərin fəaliyyətinin işı



 

: 343