| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Siyasi İslamın simaları” mövzusunda dəyirmi masa

2011-03-17 05:41:00

23 sentyabr 2009-cu il tarixində saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi "Siyasi İslamın simaları” mövzusunda dəyirmi masa təşkil edəcək. Tədbirdə əsas məruzəçi qismində (guest speaker) ABŞ-ın Miçiqan Universitetinin professoru Məhəmməd Əyyub və Rusiya İslam Komitəsinin sədri Heydər Camal iştirak edəcəklər.

Qestspikerlər hazırda beynəlxalq münasibətlər sistemində çox aktual olan siyasi İslamın və bu dinin qlobal dünya siyasətində yeri, müasir və qərbyönlü demokratiya mühitinə təsirləri məsələsinə toxunaraq, son zamanlar İslam dini haqda yayılan yanlış nəzəriyyə və fikirlərə qarşı münasibətlərini açıqlayacaqlar.

Professor Məhəmməd Əyyub dünya ekspert ictimaiyyəti və oxucular tərəfindən böyük maraqla qarşılanan "Siyasi İslamın simaları” kitabının müəllifidir ki, alim bu əsərində siyasi islam barədə amerikan siyasi baxışlarına söykənən, İslam fundamentalizmini dünya demokratiyası üçün təhlükə hesab edənlərə qarşı tutarlı faktları və elmi mülahizələri ilə qarşı çıxa bilmişdir. Onun fikrincə, İslam digər dinlərdən fərqli olaraq davamlı siyasi təzahürə malikdir və aparıcı, radikal yaxud mübariz olmasından asılı olmayaraq siyasi İslam hazırkı siyasi qlobal proseslərin hərəkətverici qüvvələrindən birinə çevrilmişdir.

Digər məruzəçi - İslamşünas alim, filosof, politoloq, ictimai xadim və siyasi islam məfkurəsinin təbliğatçılarndan biri Heydər Camal Qarabağ hökmdarı Pənahəli xanın nəslindəndir. O, Rusiya İslam Komitəsinin sədri olmaqla yanaşı, Xartum Beynəlxalq İslam Konfransının daimi üzvü, Rusiya Federasiyası Milli Assambleyasının deputatıdır.

Qeyd edək ki, mərkəzin konfrans zalında təşkil ediləcək və polemika ilə müşayiət olunacaq tədbirdə XİN–nin məsul əməkdaşları, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə ekspertlər də iştirak edəcək.


 

: 119