| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İslam Konfransı təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin III FORUMU 2012-ci ildə Bakıda keçiriləcək

2011-04-01 09:35:00

30-31 mart 2011-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilmiş "İctimai Diplomatiya” mövzusunda İslam Konfransı Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin II forumunda Azərbaycanın nümayəndə heyəti bir sıra maraqlı təkliflərlə çıxış edib. Belə ki, Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini təmsil edən aparıcı elmi işçi Cavid Vəliyev İslam Konfransı Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin III forumunun 2012-ci ildə Bakıda keçirilməsini təklif edib və bu məsələ İKT üzv ölkələrin beyin mərkəzlərinin Forumunun Bəyannaməsinin 11-ci maddəsində öz əksini tapmışdır. Maddədə qeyd olunur ki, İslam Konfransı Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin III forumuna Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ev sahibliyi edəcək. Tədbirin 1-2 mart 2012-ci il tarixində Bakıda keçirilməsi qərara alınmışdır .

Forumda çıxış edən SAM-ın nümayəndəsi Cavid Vəliyev qeyd edib ki, İKT ölkələri sırasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana dəstək verənlər vardır. Bu isə beynəlxalq hüquq normalarının və qanunların pozulması deməkdir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli İKT ölkələri üçün də əsas problemlərdən bir olmalıdır. O, həmçinin üzv ölkələr arasında elmi komissiyanın yaradılmasına da böyük ehtiyac olduğunu vurğulayıb. Eləcə də ayda bir dəfə elmi jurnal nəşr olunmalıdır. Burada İKT-yə üzv ölkələrin problemləri, təklifləri və digər məsələlər barədə informasiyalar öz əksini tapmalıdır.

Tədbirdə ictimai diplomatiya mövzusu da geniş müzakirə edilib. Qeyd edilib ki, forum iştirakçıları müvafiq elmi işləri dəstəkləməklə, ictimai təşkilat və qurumlarla birlikdə vətəndaş cəmiyyəti təşkilatlarının bu istiqamətdə ortaq layihələr həyata keçirə bilmələri üçün zəmin yaradacaq.



 

: 413