| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının xarici beyin mərkəzlərinin dövri jurnallarında məqalələri çap olunmuşdur

2014-05-26 10:45:25

Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının xarici beyin mərkəzlərinin dövri jurnallarında məqalələri çap olunmuşdur


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Dr. Fərhad Məmmədovun Türkiyənin aparıcı beyin mərkəzlərindən olan Avrasiya İncələmər Mərkəzi tərəfindən ingilis dilində nəşr edilən “Armenian Studies” jurnalının 2014-cü ildə işıq üzü görən  29-cu sayında “Armenian "Genocide”: Not A Historical Fact, Rather Political Myth”  başlıqlı məqaləsi dərc olunmuşdur.


Məqalədə erməni diasporası tərəfindən bir siyasi kampaniya olaraq həyata keçirilən qondarma “erməni soyqırımının” tanınması yolundakı fəaliyyətlər, tarixi və hüquqi bir hadisənin dünyaya siyasi yolla tanıdılması cəhdləri ətraflı təhlil edilmişdir. Müəllif qondarma “erməni soyqırımı” mövzusunu Pərinçək-İsveçrə məhkəməsi prosesi ilə bağlı tədqiq etmişdir. Eyni zamanda, məqalədə Avropa İnsan Hüquqları  Məhkəməsinin 17 dekabr 2013-cü il tarixində qəbul etdiyi qərar ilə qondarma “erməni soyqırımının” bütün tezislərinin hüquqi platformada iflasa uğradığı  təsdiqini tapmışdır. Bu qərar 1915-ci il hadisələrinin hüquqi cəhətdən analizi üçün vacib bir mənbə olduğu oxucuların diqqətinə çatdırılmışdır. 


            Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın Təhlili və Qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlının həmmüəllif olduğu "KIEP Visiting Fellows Program" adlı kitab 2014-cü ildə Seulda nəşr edilmişdir. Vüsal Qasımlı 2013-cü ildə Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunda qonaq alim kimi çalışarkən hazırladığı fəsil - "Azərbaycan iqtisadiyyatı" - bu məcmuədə Çin, Tayvan, Portuqaliya, Rusiya, Cənubi Koreya və s. ölkələrdən olan alimlərin əsərləri ilə yanaşı yer almışdır. V.Qasımlı bu əsərində Prezident İlham Əliyevin apardığı iqtisadi siyasətin mahiyyətini açaraq modernizasiya və diversifikasiya məsələlərinə aydınlıq gətirmiş və dünya elmi ictimaiyyətini Azərbaycan iqtisadi modeli haqqında məlumatlandırmışdır.  


Kitabı bu linkdən oxuya bilərsiniz: "KIEP Visiting Fellows Program"



 

: 1067