| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Strateji təhlil” jurnalının növbəti sayı çapdan çıxmışdır

2015-01-13 09:08:02

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının 2014-cü il üçün 4-cü sayı işıq üzü görmüşdür.Jurnalda yerli və xarici ölkə ekspertlərinin müvafiq mövzularda məqalələri dərc edilmişdir.

 

Jurnalın redaksiya şurasının sədri akademik Ramiz Mehdiyevdir.

 

“Strateji təhlil” jurnalının 4(11)-cü sayının “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlı birinci bölməsində beynəlxalq rəqabətdə maraqları toqquşan iki böyük dövlətin – Rusiya ilə İngiltərənin geosiyasi planlarında “erməni məsələsi”nin yeri və onun tarixi kökləri, ermənilərin Azərbaycan ərazisinə köçürülməsi, “erməni dövləti”nin yaradılması planının və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinin pərdə arxası, İngiltərənin gizli planlarında Naxçıvanın yeri, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinin, həmçinin əsas insan hüquq və azadlıqlarının ermənilər tərəfindən mütəmadi olaraq kobud şəkildə pozulması, ermənilərin etnik təmizləmə siyasəti, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın və onun ətrafındakı yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi və bu ərazilərdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılması, bu “respublikanın” beynəlxalq hüquq nöqteyi-nəzərdən tanınmasının mümkünsüzlüyü ətraflı şəkildə təhlil edilmişdir. Bu bölmədə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun  Qafqaz tarixi şöbəsinin müdiri Emin Şıxəliyevin  “İngiltərənin Cənubi Qafqaz siyasətində erməni amili və Naxçivan məsələsi (XX əsrin əvvəlləri)”, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi-eksperti Nəcibə Mustafayevanın “Qondarma “Daglıq Qarabağ Respublikası”nın beynəlxalq hüququn subyekti kimi tanınmasının mümkünsüzlüyü” (rus dilində) adlı məqalələrində qeyd edilən məsələlər sistemli şəkildə araşdırılmışdır.

 

Jurnalın “Xarici siyasət və beynəlxalq münasibətlərin aparıcı meyilləri” adlı ikinci  bölməsində Azərbaycanın xarici siyasəti və beynəlxalq əlaqələri, Almaniyanın müasir xarici siyasətinin əsas konsepsiyaları, nəzəriyyə və paradiqmaları, Almaniyanın xarici siyasətində Azərbaycanın yeri, həmçinin Azərbaycanın regional əhəmiyyətinin güclənməsi, Türkiyənin müasir Cənubi Qafqaz strategiyasının prioritet vektorları, beynəlxalq tələbə mobilliyi və miqrasiya məsələləri, Azərbaycan Respublikasının təhsil siyasəti və s. mövzular AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi Aqil Əhmədovun “Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının İsrail dövləti ilə diplomatik əlaqələri”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər kafedrasının doktorantı Mir Fərəc Abasovun “Azərbaycan – Almaniya – Avropa İttifaqı:  siyasi münasibətlərin xarakteri” (rus dilində),  AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Müşfiq Eminovun “Beynəlxalq tələbə mobilliyi, miqrasiyavə Azərbaycan”, Silahli Qüvvələrin Hərbi Akademiyasının baş müəllimi Zəfər Nəcəfovun “Türkiyənin  müasir Cənubi Qafqaz strategiyasının əsas  prioritetləri” adlı məqalələrində  ətraflı təhlil edilmişdir.

 

“Müasir hüquqi və sosial dövlət quruculuğu” adlı üçüncü bölmədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı Amid Əliyevin “Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi”, AMEA Fəlsəfə və Hüquq  İnstitutunun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin doktorantı Natiq Abdullayevin “Azərbaycanda mediasiya: hüquqi reallıq və perspektivlərinə nəzər”, Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının doktorantı Adil Vəliyevin “Cinayət məsuliyyətinin diferensiasiyası: hüquqi əsaslar  və mexanizmlər” adlı məqalələri verilmişdir.

 

“KİV, sosial şəbəkələr və informasiya təhlükəsizliyi” adlı dördüncü bölmədə AMEA-nın Fəlsəfə  və Hüquq İnstitutunun dissertantı Şöhrət Eyvazovun “Transformasiya mərhələsində cəmiyyətin informasiya təhlükəsizliyi məsələləri”, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının baş mütəxəssisi Anara Novruzovanın “İnformasiya əldə etmək hüququnun müasir dövrdə aktuallığı” adlı məqalələri öz əksini tapmışdır.

 

“Qlobal və milli iqtisadi sistemlərin aktual məsələləri” adlı beşinci bölmədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı Elxan Mikayılovun “Azərbaycanda özəl sektorun yeni standartlaşdırma sisteminin tələblərinə uyğunlaşdırılması”, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Şahmar Hacıyevin “Enerji səmərəliliyinin iqtisadi artıma təsiri” adlı məqalələrində qeyd olunan mövzular ətraflı araşdırılmışdır.

 

Jurnalın “Tarix, fəlsəfə, mədəniyyət: mövqelər, baxışlar” adlı sonuncu – altıncı bölməsində Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun dosenti,  filologiya üzrə fəlsəfə doktoru Cəsarət Valehovun “Təhsil “təhsil fəlsəfəsi” kontekstində”, Ukraynanın Podolski Dövlət Aqrar-texniki Universitetinin Tarix və fəlsəfə kafedrasının müdiri N.D.Popoviçin “İnsan azadlığının kommunikativ şərtləri: ictimailəşmə fenomeninin fəlsəfi izahı” (rus dilində),  Ukraynanın Aleksandr Dovjenko adına Qluxov Milli Universitetinin müəllimi Oleq Boyarinsevin “Məktəb və ictimai təşkilatların qarşılıqlı təsiri kontekstində təhsil alan gənclərin vətənpərvərlik tərbiyəsi” (rus dilində), Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasının dissertantı Tural Əliyevin “Ernest Gellnerin millətçilik konsepsiyası”, AMEA Tarix İnstitutunun dissertantı  Fəxri Hacıyevin “Azərbaycan tarixi yazılı mənbələrdə: Borçalı Nağı xan və oğulları” adlı məqalələrinə yer verilmişdir.

 

StratejiTehlil - 4 (11).pdf



 

: 2772