| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İtaliyada SAM-ın və İSPİ-nin birgə hazırladığı kitab nəşr edilmişdir

2013-02-14 05:45:00

İtaliyada SAM-ın və İtaliyanın aparıcı beyin mərkəzlərindən biri olan Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (ISPI) birgə əməkdaşlığı ilə "Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və ya geniş imkanlar” adlı kitab ingilis dilində nəşr edilmişdir.  Bir il davam edən tədqiqat layihəsinin nəticəsi olan bu kitabda ümumi Şərq Tərəfdaşlığı çərçivəsi və Azərbaycanın bu çərçivədə oynadığı rol təhlil edilmişdir.

Kitabda "Şərq tərəfdaşlığı" təşəbbüsü barədə ətraflı məlumat verilməklə bərabər iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və sərhəd təhlükəsizliyi üzrə həyata keçirilmiş fəaliyyət qiymətləndirilmiş və proqramın təkmilləşdirilməsi üçün bir sıra tövsiyələr verilmişdir.

Tədqiqat hər iki beyin mərkəzlərinin əməkdaşları tərəfindən aparılmışdır. Layihədə Azərbaycan tərəfindən Gülşən Paşayeva, Vüsal Qasımlı, Kamal Makili-Əliyev və Gülmira Rzayeva, İtaliya tərəfindən isə Karlo Frappi, Mikela Çekkorulli, Serena Custi və Tomislava Penkova iştirak etmişdir. Kitaba ön sözü SAM-ın Direktoru Fərhad Məmmədov və İSPİ-nin Vitse-Prezidenti və Direktoru Paolo Maqri yazmışlar.   



 

: 389