| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İtaliyada SAM və Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanacaq

2011-11-04 04:32:00

7-13 noyabr 2011-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) direktor müavini Gülşən Paşayeva İtaliyada səfərdə olacaq.

Səfər çərçivəsində Milanda Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutu(İSPİ) və SAM arasında əməkdaşlığa dair Memorandumun imzalanması və Cənubi Tirola səfər nəzərdə tutulub.

Memorandumun imzalanmasında əsas məqsəd İtaliya-Azərbaycan münasibətləri, beynəlxalq siyasət, regionda geosiyasi vəziyyətə dair iki ölkənin aparıcı beyin mərkəzlərinin ekspertlərinin azad fikir mübadiləsi aparması üçün şəraitin yaradılması və müvafiq müəssisələr arasında uzunmüddətli əməkdaşlıq əlaqələri qurularaq elmi işçilər və ekspertlərin mübadiləsini həyata keçirməkdir.

Memorandumda tərəflər arasında toplantıların, görüşlərin keçirilməsi, birgə araşdırmaların aparılması, müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq və s. məsələlər nəzərdə tutulub.

İtaliyaya səfəri çərçivəsində SAM-ın direktor müavini Gülşən Paşayevanın bir sıra işgüzar görüşləri nəzərdə tutulub. Cənubi Qafqazın müasir geosiyasəti, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı rol, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaqdır.

Onuda qeyd edək, SAM cari ildə artıq Türkiyə XİN-i nəzdində Strateji Araşdırmalar Mərkəzi(7 mart) və Rusiya Strateji Araşdırmalar İnstitutu(14 mart) ilə əməkdaşlığa dair Memorandumu imzalamışdır. 



 

: 378