| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İtaliyanın Beynəlxalq Siyasi Elmlər İnstitutu ilə SAM arasında Anlaşma Memorandumu imzalanmışdır

2011-11-13 15:55:00

Azərbaycan Respublikasının Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva noyabrın 7-dən 12-dək İtaliyada səfərdə olmuşdur. Azərbaycanın İtaliyadakı səfirliyinin təşkil etdiyi səfər çərçivəsində G.Paşayeva Milan şəhərində olmuş, İtaliyanın aparıcı tədqiqat mərkəzlərindən biri sayılan Beynəlxalq Siyasi Elmlər İnstitutu ilə SAM arasında Anlaşma Memorandumunu imzalamışdır. Bu sənəd iki tədqiqat qurumu arasındakı əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə şərait yaradacaqdır.

G.Paşayeva İtaliyanın Trentio-Alto-Adice regionunda da olmuş, Trentino əyalət parlamentinin sədri Bruno Doriqattio və Alto-Adice yerli hökumətinin başçısı Lui Durnvalder ilə görüşmüşdür.
SAM-ın direktor müavini həmçinin Trento və Bolzano şəhərlərində yerləşən təhsil və elmi-tədqiqat qurumlarının nümayəndələri ilə görüşərək, SAM-la bu qurumlar arasında əməkdaşlıq imkanlarını müzakirə etmişdir.

Roma da isə G.Paşayeva İtaliya Parlamentinin Regional məsələlər üzrə komissiyasının, Regionlarla Əlaqələr Nazirliyinin və Romadakı Beynəlxalq Münasibətlər İnstitutunun nümayəndələri ilə görüşmüşdür.

Görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iştirak etmişdir.



 

: 284