| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Tbilisidə “Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli əməkdaşlığın qlobal və regional deteminantları” mövzusunda beynəlxalq konfrans keçirilib

2018-06-05 13:43:07

5 iyun 2018-ci il tarixində Tbilisidə (Gürcüstan) Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Beynəlxalq və Strateji Araşdırmalar üzrə Gürcüstan Fondu (Rondeli fondu) və eləcə də Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli əməkdaşlığın qlobal və regional deteminantları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

 

 

Gürcüstanda akkreditə olunmuş dipomatik korpusun, elmi-tədqiqat mərkəzlərinin, yerli KİV və hökumət nümayəndələrinin və eləcə də akademik sferadan olan təmsilçilərin iştirakı ilə keçirilən və üçtərəfli əməkdaşlığa həsr edilmiş tədbir Rondeli fondunun prezidenti Yekaterina Metrevelinin, SAM-ın direktoru Fərhad Məmmədovun, habelə Türkiyənin Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqa ve Gürcüstan Prezidentinin Xarici Əlaqələr üzrə  müşaviri Tengiz Pxaladzenin açılış nitqi ilə başlamışdır.

 

 

Regional inkişaf baxımından Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının vacibliyini vurğulayan Dr. Metreveli üçtərəfli əməkdaşlıq çərçivəsində keçirilən görüşlərin region  ölkələrinə yeni perspektivlər vəd etdiyini bildirmişdir.

 

 

Daha sonra, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan SAM-ın direktoru Fərhad Məmmədov Azərbaycanın regional layihələrin icrasındakı əhəmiyyətli mövqeyindən bəhs etmiş və Ermənistanın təcavüzkar siyasəti nəticəsində bölgədə həyata keçirilən layihələrdən təcrid olunduğunu iştirakçıların diqqətinə çatdırmışdır.

 

 

Tədbirin növbəti çıxışçılarından – Gürcüstan Prezidentinin Xarici Əlaqələr üzrə müşaviri Tengiz Pxaladze öz çıxışında Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı üçtərəfli tərəfdaşlığı Qərblə Şərq arasında əməkdaşlığı təmin edən və  eyni zamanda, regionun digər ölkələri üçün də xüsusi əhəmiyyət kəsb edən “oksigen yolu” kimi qiymətləndirmişdir.

 

 

Moderatorunun Tbilisi Dövlət Universitetinin elmi işçisi  Kaxa Qoqolaşvilinin olduğu “Qeyri-müəyyən beynəlxalq şəraitdə üçtərəfli əməkdaşlıq çağırışları” mövzusundakı ilk sessiyada SAM-ın Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin müdürü Cavid Vəliyev, Gürcüstanın Rondeli fondunun elmi işçisi Zurab Batiaşvili və Orta Şərq Texniki Universitetinin (ODTÜ) əməkdaşı Dr. Oqtay Tanrısevər bölgənin iqtisadi inkişafı, qlobal və regional güclərin maraqlarının kəsişməsi fonunda üçtərəfli əməkdaşlığın vacibliyi və regional inteqrasiyanı gücləndirən əsas faktorlara dair mövzularla çıxış etmişdir.

 

 

Moderatorunun O. Tanrısevərin olduğu “Üçtərəfli əməkdaşlığı şərtləndirən əsas amillər” mövzusundakı növbəti sessiyada isə SAM-ın Xarici Siyasət şöbəsinin aparıcı elmi işçici Fuad Çıraqov, Rondeli fondunun aparıcı elmi işçisi Valeri Çeçelaşvili və Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı analitiki Aslan Yavuz Şir regionun dəyişən deteminantları və bölgənin yeni inkişaf trendləri, üçtərəfli formatda  əməkdaşlığın güclənməsi və eləcə də regional dövlətlərin ortaq və fərdi maraqlar kontekstində Qərblə əlaqələrinin intensivləşməsi və bu proseslərdə sözügedən ölkələrin yeri və roluna dair bir sıra məsələlərə aydınlıq gətirmişlər.

 

 

Tədbir Valeri Çeçelaşvilinin yekun nitqi ilə başa çatmışdır.

 

 



 

: 1807