| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Tədqiqatlarımızın istiqamətləri

2013-02-03 15:17:16

SAM-ın tədqiqat fəaliyyəti bir neçə vacib istiqamətlərdə formalaşır. Bunlar – dünyada cərəyan edən geosiyasi prosesləri və dünya siyasətini izləmək, təhlil etmək, proqnozlar vermək, dünyada, eləcə də regionda gedən proseslərə təsir göstərə bilən faktorların tədqiqi əsasında müxtəlif proqramlar (milli və lobbiçilik proqramları), konsepsiyalar, ssenarilər və digər analitik xarakterli sənədlər hazırlamaqdan ibarətdir.

SAM eyni zamanda,  hakimiyyət orqanları və institutlarında fəaliyyət göstərən analitik struktur bölmələrinin işinin koordinasiyası ilə məşğul olur. Mərkəz onların fəaliyyətinə dəstək olaraq, elmi və analitik materiallar verməli və onlardan lazımi informasiyaları almalıdır. Lazımi məlumatlar əldə etmək məqsədilə Mərkəz tərəfindən dövlət orqanlarına sorğular göndərilir və əldə edilən materiallar əsasında müvafiq sənədlər hazırlanır.


 

: 9471