| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Təcrübə

2013-02-28 19:20:29

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) xarici və yerli tələbə və magistrantlar üçün 3 ay olmaqla  ildə 4 dəfə təcrübə keçmək imkanı yaradır. Təcrübə ilə bağlı sənədlərin qəbulu 1 ay əvvəl SAM-ın saytında elan olunur.

Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 13:00 və ya 14:00-18:00) və ödənişsizdir. Təcrübə proqramını müvəffəqiyyətlə bitirənlərə SAM-ın sertifikatı təqdim olunur.

İldə 4 dəfə olmaqla ( yaz, yay, payız və qış sessiyaları) keçirilən bu proqram çərçivəsində

aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan yuxarı  (III- IV) kurs tələbələri və  magistrantlar təcrübə proqramına qatılmaq üçün  SAM-a müraciət edə bilərlər:
• Beynəlxalq Münasibətlər
• Siyasətşünaslıq
• Beynəlxalq İqtisadi Münasibətlər
• İqtisadiyyat
• Sosial Elmlər və Psixologiya
• Beynəlxalq Jurnalistika
• Amerikanşünaslıq
• Regionşünaslıq

Təcrübəçidən - xarici dillərdən ( ingilis, rus, ərəb, fransız, fars) ən azı ikisini bilmək, kompyuter biliklərinə malik olmaq (Microsoft Office proqramları, Internet) və  kollektivlə səmimi ünsiyyət qurmaq tələb olunur.

Təcrübə keçmək üçün müraciət forması:
Yalnız sənədlərin qəbulu elan olunduqdan sonra, təcrübə proqramına qatılmaqda maraqlı olan  namizədlər Azərbaycan və ya İngilis dilində CV-ni (zəhmət olmasa 3x4 formatlı şəkil əlavə edilsin), xarici dil biliklərini əsaslandıran sənədləri  (arzu olunandır) əlavə etməklə, aşağıda qeyd olunan elektron ünvana göndərməlidir: info@sam.gov.az

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan  şəxslərlə əlaqə saxlanılacaq.


 

: 16785