| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Təcrübə proqramının qış sessiyasına (yanvar-mart) sənədlərin qəbulu 01-15 dekabr tarixinə qədər davam edəcəkdir.

2013-12-02 10:16:21

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) xarici və yerli tələbə və magistrantlar üçün 3 ay olmaqla ildə 4 dəfə təcrübə keçmək imkanı yaradır. Təcrübə ilə bağlı sənədlərin qəbulu 1 ay əvvəl SAM-ın saytında elan olunur.

Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 13:00 və ya 14:00-18:00) və ödənişsizdir. Təcrübə proqramını müvəffəqiyyətlə bitirənlərə SAM-ın sertifikatı təqdim olunur.

İldə 4 dəfə olmaqla (yaz, yay, payız və qış sessiyaları) keçirilən bu proqram çərçivəsində aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan yuxarı (III- IV) kurs tələbələri və magistrantlar təcrübə proqramına qatılmaq üçün SAM-a müraciət edə bilərlər:

Beynəlxalq Münasibətlər

Siyasətşünaslıq

Beynəlxalq İqtisadi Münasibətlər

Sosial Elmlər və Psixologiya

Beynəlxalq Jurnalistika

Amerikanşünaslıq

Regionşünaslıq

Təcrübəçidən - xarici dillərdən ( ingilis, rus, ərəb, fransız, fars) ən azı ikisini bilmək, kompyuter biliklərinə malik olmaq (Microsoft Office proqramları, Internet) və kollektivlə səmimi ünsiyyət qurmaq tələb olunur.

Təcrübə keçmək üçün müraciət forması:

Yalnız sənədlərin qəbulu elan olunduqdan sonra, təcrübə proqramına qatılmaqda maraqlı olan namizədlər Azərbaycan və ya İngilis dilində CV-ni (zəhmət olmasa 3x4 formatlı şəkil əlavə edilsin), xarici dil biliklərini əsaslandıran sənədləri (arzu olunandır) əlavə etməklə, qeyd olunan elektron ünvana göndərməlidir: 
info@sam.gov.az

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.


 

: 624