| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM və Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun birgə nəşri çap edilib

2018-04-13 05:51:03

Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (ISPI) və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən aparılan birgə elmi tədqiqatın nəticəsində “Avrasiyada Əməkdaşlıq: İdentiklik, Təhlükəsizlik və İnkişafın Əlaqələndirilməsi” nəşri çap edilmişdir. Nəşrdə Avrasiya regional əməkdaşlığının əsas hərəkətverici mexanizmlərinə aydınlıq gətirilməklə yanaşı, bu əməkdaşlığın məntiqi səbəbləri də araşdırılmışdır.


 

 

"Çoxtərəfli Formatda Əməkdaşlıq və Rəqabət" və eləcə də "Regional Tədqiqatlar" adlı fəsillərdə  həm supra-milli çərçivələr, həm də regional ssenarilər nəzərə alınmaqla, Avrasiya  kontekstində dövlətlərarası əməkdaşlığın əldə edilməsində identiklik, təhlükəsizlik  və iqtisadi inkişaf ilə bağlı məsələlər nəzərdən keçirilmişdir.



“Avrasiyada əməkdaşlıq: İdentiklik, Təhlükəsizlik və İnkişaf Əlaqələri”



 

: 794