| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“The Kohen Group” təşkilatının vitse-prezidenti cənab Mark Qrosman ilə dəyirmi masa

2009-08-24 17:07:00

24 avqust 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "XXI əsr diplomatiyasına yönəlmiş çağırışlar” mövzusunda dəyirmi masa keçirilmiş və tədbirdə qonaq qismində " The Kohen Group” təşkilatının vitse-prezidenti Mark Qrosman iştirak etmişdir.

Xarici və yerli politoloqların, diplomatların, həmçinin beynəlxalq münasibətlər üzrə bir sıra mütəxəssislərin iştirak etdiyi tədbirdə XXI əsrdə dəyişikliklər yoluna qədəm qoymuş beynəlxalq münasibətlər sisteminə, onun tərkib hissəsi olan beynəlxalq təşkilatlara, eyni zamanda müasir diplomatiyaya ünvanlanmış çağırışların məğzi və onların həlli yolları ətrafında fikir mübadiləsi aparıldı. Bu müzakirələrdə üzərində ətraflı şəkildə dayanılan və təfərrüatlı şəkildə müzakirə olunan üç əsas sual diqqəti xüsusi ilə cəlb edirdi: 1. XXI əsrdə qarşılaşdığımız əsas çağırışlar nədən ibarətdir? 2. Diplomat peşəsinin başlıca məramları nədən ibarətdir və diplomatiyanın icrasını təmin edən institutlar yeni çağırışların öhdəsindən gəlməyə nə dərəcədə hazırdırlar? 3. XXI əsrdə uğurlu diplomatiyanı həyata keçirə bilmək üçün hansı yeniliklər edilməli və hansı fərqli addımlar atılmalıdır?

Öz nitqinin əvvəlində cənab Qrosman tədbirin adından göründüyü kimi XXI əsr diplomatiyasının ciddi çağırışlarla üzbəüz qaldığını bildirərək, həmin çağırışlara vaxtında və effektli cavab verə bilmək üçün diplomatiyada ciddi dəyişikliklərin həyata keçirilməsini qaçılmaz adlandırdı. Yekunda XXI əsr diplomatiyasının insan potensialından səmərəli istifadə edilməsini, həmçinin konfliktlərin vaxtında önlənməsini arzu edən cənab Qrosman bəşəriyyətin rifaha qovuşmasının başlıca vasitəsi kimi söz ideyasının təntənəsinin vacibliyini məxsusi vurğuladı. Bu isə Amerika demokratiyasının ana prinsiplərinə və təməl fəlsəfəsinə söykənən bir məqamdır.




 



 

: 57