| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"SAM Review” nəşrinin növbəti sayı çapdan çıxmışdır

2015-08-06 14:01:10

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin ingilis dilli "SAM Review” nəşrinin növbəti sayı çapdan çıxmışdır.


İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin aparıcı elmi işçisi Şahmar Hacıyevin, Yunanıstanın Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Zefi Dimadamanın, həmin təşkilatın Ətraf mühit & Davamlı inkişaf məsələləri üzrə eksperti Aleksia Timoteunun, həmçinin İsraildən olan ekspert Zev Qrosunbirgə müəllif olduqları nəşr Azərbaycan, Almaniya və İsrail kimi dövlətlərdə enerji səmərəliliyi mövzusuna həsr olunmuşdur ("Energy Efficiency: View from Azerbaijan, Germany and Israel”).


Qeyd olunan nəşrdə enerji səmərəliliyi potensialının qiymətləndirilməsi,  bu istiqamətdə problemlər və nailiyyətlər kimi bir sıra önəmli məsələlərə toxunulmuşdur. Habelə, nəşrdə  Azərbaycanda, Almaniyada və İsraildə enerji səmərəliliyinə dair müxtəlif siyasətlər, alətlər,  proqramlar və fəaliyyətlər qiymətləndirilmişdir. Araşdırma bu üç ölkənin  geniş  təcrübəsini, həmçinin də gələcək əməkdaşlıq üçün potensial imkanlarını müəyyən edir.  Qeyd etmək lazımdır ki, müəlliflər enerji səmərəliliyi  məsələsini müxtəlif perspektivdən təhlil edirlər. Enerji istehlakı baxımından,  hər üç ölkə enerji səmərəliliyini təkmilləşdirərək, enerjiyə qənaət,  enerji xərclərinin və emissiyalarının azaldılması və ixrac potensialının artırılması kimi vacib amillərə diqqət ayırırlar.  Sonda,  bu ölkələr arasında əməkdaşlıq üçün geniş potensialın mövcudluğu vurğulanır.

 



 

: 1375