| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın xüsusi nəşri – SAM Comments jurnalının növbəti sayı işıq üzü görmüşdür

2017-11-20 06:45:58

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xüsusi nəşri olan SAM-ın şərhlərinin “İmmiqrasiya və Qərbi Avropada ifrat sağ populizmin yüksəlişi” mövzusundakı növbəti sayı işıq üzü görmüşdür. SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin məsləhətçi-eksperti Ayaz Rzayevin müəllifi olduğu yeni nəşrdə son zamanlar Qərbi Avropada, xüsusilə Fransa, Almaniya, Böyük Britaniya, İsveç, Avstriya, Niderland və İtaliya kimi ölkələrdə müşahidə olunan ifrat sağ populizmin yüksəlişi və bu yüksəlişdə immiqrasiya amilinin rolu təhlil edilir.

 

Beş fəsildən ibarət olan bu araşdırmanın əsas məqsədi Qərbi Avropa ölkələrində populist ifrat sağ partiyaların güclənməsinə kütləvi immiqrasiya axınlarının, xüsusilə 2015-ci ildən bəri yaşanan miqrasiya böhranının təsirini qiymətləndirməkdir. Araşdırmanın birinci fəslində müasir ifrat sağ populizmin yaranma tarixi və inkişaf dinamikası nəzərdən keçirilir, ifrat sağ partiyaların istifadə etdiyi siyasi diskursun tarixi kökləri təhlil edilir. İkinci fəsildə ifrat sağ partiyaların yüksəlməsində və ciddi nüfuz qazanmasında bu partiyaların antiimmiqrant mövqelərinə, xüsusilə Yaxın və Orta Şərqdən olan müsəlman immiqrantlara qarşı münasibətlərinə aydınlıq gətirilir.

 

Üçüncü və dördüncü fəsillərdə Qərbi Avropa ölkərində seçicilərin immiqrasiya ilə bağlı artan narahatçılıqları, bu narahatçılıqların ifrat sağ partiyalara verilən səslərin artımındakı rolu qiymətləndirilir. Bununla yanaşı, miqrasiya və inteqrasiya proseslərinin Qərbi Avropa ölkələrində səbəb olduğu ziddiyyətlər və həmin ziddiyətlərin ifrat sağ partiyalar tərəfindən geniş şəkildə öz məqsədləri üçün istifadə edilməsi də  araşdırmada əksini tapmışdır. Araşdırmanın sonuncu fəslində isə Qərbi Avropa ölkələrindəki hakim partiyaların ifrat sağ populizmin yüksəlişinə münasibəti təhlil edilmişdir.


“İmmiqrasiya və Qərbi Avropada ifrat sağ populizmin yüksəlişi”

 



 

: 566