| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"Caucasus International" jurnalının yeni növbəti sayı nəşr edilmişdir

2018-07-10 05:34:27

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İngilis dilində yayımlanan beynəlxalq nəşri —  Caucasus International (CI) jurnalının yeni sayı (Cild 8 •  No: 1 • Yay 2018) nəşr edilmişdir. Jurnalın “Qafqazda və Dünyada Nüvə Təhlükəsizliyi” (“Nuclear Security in the Caucasus and in the World”) mövzusundakı növbəti sayı Cənubi Qafqaz regionundakı nüvə təhdidlərinə, dünyanın nüvə güclərinin dəyişən nüvə strategiyalarına və bu tendensiyaların Cənubi Qafqazın regional təhlükəsizliyinə mümkün təsirlərinin araşdırılmasına həsr olunmuşdur. Regional təhlükəsizliyin nüvə aspektlərini təhlil edən müəlliflər nüvə məsələlərinin region ölkələrinin beynəlxalq/regional iştirakçılar ilə olan ikitərəfli əlaqələrinə təsirinə dair fikirlərini oxucularla bölüşdür.



Jurnalda Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının regional təhlükəsizliyə qarşı təhdid təşkil etməsi, Avropa İttifaqının Metsamor ilə bağlı siyasəti və Rusiya-Ermənistan münasibətlərində Metsamorun rolu ilə bağlı məqalələr yer almışdır. Bundan başqa, jurnalda əskini tapan digər məqalələrin əsas təqdiqat obyektini ABŞ və İran arasındakı nüvə sazişi ilə bağlı meydana gələn gərginlik kontektində  qlobal ictimaiyyətin məsələyə dair münasibəti və Avropa İttifaqının İranın nüvə sazişi ilə bağlı mövqeyi təşkil etmişdir. Bununla yanaşı, jurnalda nüvə sazişi sonrası Azərbaycan və İran arasındakı əlaqələrin inkişaf dinamikasına dair müxtəlif məqalələr də əksini tapmışdır.



CI-ın hazırkı sayında Azərbaycan, Ermənistan və Gürcüstandan ibarət Cənubi Qafqaz ölkələrində yaşanan son siyasi hadisələri əhatə edən əlavə üç məqalə oxucuların diqqətinə çatdırılır. Qeyd edək ki, Azərbaycanda keçirilən prezident seçkilərindən sonrakı vəziyyət, Ermənistanda isə hakimiyyət dəyişikliyinin gətirdiyi yeni tendensiyalar və eləcə də Gürcüstanda baş verən son hadisələrlə bağlı regionda nəzərəçarpan məqamlar ortaya çıxmışdır.



Jurnalın PDF formatdakı məqalələrini qeyd edilən linkdən ödənişsiz şəkildə əldə eldə edə bilərsiniz: http://cijournal.az/category/new-issue  


Jurnalın əvvəlki saylarına isə http://cijournal.az/category/archives ünvanından daxil ola bilərsiniz.


Jurnalın növbəti sayı "Avrasiyada Əlaqəlilik: Cənubi Qafqaz Regionu üzrə Təsirlər" (Connectivity in Eurasia: Implications for South Caucasus Region) mövzusuna həsr ediləcəkdir: http://cijournal.az/

 

Qeyd: “Caucasus International” jurnalı 2012-ci ildən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən nəşr edilir. 



 

: 241