| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın xüsusi nəşri – SAM Comments jurnalının “Trans-Xəzər əməkdaşlığı: Coğrafi məhdudiyyət «lənət» inin aradan qaldırılması” mövzusundakı növbəti sayı işıq üzü görmüşdür

2018-02-23 07:59:55

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xüsusi nəşri olan SAM-ın şərhlərinin (SAM Comments) jurnalının “Trans-Xəzər əməkdaşlığı: Coğrafi məhdudiyyət «lənət» inin aradan qaldırılması” mövzusunadakı  XXII sayı işıq üzü görmüşdür. Mərkəzin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin  aparıcı elmi işçi Azad Qəribovun müəllifi olduğu yeni nəşr Avrasiya qitəsinin mərkəzində yerləşən, inkişaf etməkdə olan və dünya okeanına birbaşa çıxışı olmayan dövlətlərin geosiyasi və iqtisadi inkişafı ilə bağlı üzləşdiyi çətinliklər və bu kimi problemlərin aradan qaldırılması istiqamətindəkı mübarizə yollarının araşdırılmasına həsr edilmişdir.


İki hissədən ibarət olan araşdırmanın birinci hissəsində birbaşa okeana çıxışı olmayan ölkələrin geosiyasi və iqtisadi baxımdan bu “lənət” dən əziyyət çəkməsi və sözügedən coğrafi məhdudiyyətin Xəzər dənizi regionunda yerləşən ölkələr üçün doğurduğu mənfi nəticələr araşdırılmaqla yanaşı,  Mərkəzi Asiyanın okeana çıxışı olmayan dövlətlərinin regional inteqrasıyasının təmin edilməsində Mərkəzi Asiya Əməkdaşlıq Təşkilatının  fəaliyyəti və bu istiqamətdə indiyədək nəzərəçarpan nəticənin hasil olmaması ilə bağlı məsələlərə də aydınlıq gətirilmişdir.


Nəşrin ikinci hissəsi coğrafi məhdudiyyətlər kontekstində əldə edilmiş  Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığına həsr edilmişdir. Araşdırmanın sonuncu hissəsində Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı dövrdə əldə edilmiş  iqtisadi-siyasi əməkdaşlığa dair ümumi məlumat verilməklə yanaşı, eləcə də Trans-Xəzər enerji dəhlizinin əsasının qoyulmasına dair enerji siyasəti və Trans-Xəzər-Şərq-Qərb yük nəqliyyatı dəhlizi ilə bağlı müəllifin hərtərəfli və müasir yanaşması təqdim edilmişdir.



 

: 1080