| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu

2011-03-22 05:26:00

18 iyun 2010-cu il tarixində saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu” mövzusunda "dəyirmi masa” keçiriləcək. Tədbirdə SAM-ın dəvəti ilə Azərbaycanda səfərdə olan Hürriyet Daily News & Economic Review qəzetinin baş redaktoru Devid Din Cadson və Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuz əsas məruzəçilər qismində çıxış edəcəklər.

Azərbaycan və Türkiyə media təmsilçilərinin qatılacağı tədbirdə ölkələrimizin mətbuatında hər iki dövlətin siyasətinin düzgün qiymətləndirilməsi və işıqlandırılması, bu istiqamətdə mövcüd problemlər, onların həlli yolları və media təmsilçiləri arasında əməkdaşlıq məsələləri müzakirə mövzusu olacaq.

Elə həmin gün saat 16.00-da Hürriyet Daily News & Economic Review qəzetinin baş redaktoru Devid Din Cadsonun SAM-da mətbuat konfransı keçiriləcək.


 

: 432