| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Türkiyə Respublikasının rəsmi nümayəndə heyyətinin üzvləri ilə görüş

2010-08-16 19:48:00

16 avqust 2010-cu il tarixində Türkiyə Respublikasının rəsmi nümayəndə heyyətinin üzvləri - Türkiyə Respublikasının Baş nazirinin müşaviri Əli Sarıqaya, Beynəlxalq Strateji Araşdırmalar Qurumunun (USAK) əlaqələndiricisi Sədat Laçinər, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Bülənt Aras və digərləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olmuş və SAM-ın direktoru Elxan Nuriyevlə görüşmüşlər. Görüş zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilərək, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunmuşdur. Yüksək səviyyədə qarşılıqlı səfərlər mübadiləsinin və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayan tərəflər, həmçinin humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə iki ölkənin "beyin mərkəzləri” arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin Azərbaycan və Türkiyə arasında təmasların daha da sıxlaşmasına öz töhfəsini verəcəyinə əmin olduqlarını qeyd etmişlər. Görüşdə, həmçinin regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında da fikir mübadiləsi aparılmışdır.


 

: 150