| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin(USAD) rəhbəri Cəlal Cem Oğuz Azərbaycanda səfərdə olacaq

2010-02-06 14:45:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətinin verdiyi məlumata görə, SAM-ın dəvəti ilə Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin(USAD) rəhbəri Cəlal Cem Oğuz fevral ayının 8-dən 11-dək Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində türkiyəli alim Azərbaycanın bir sıra rəsmi şəxsləri, elm xadimləri, beynəlxalq münasibətlər üzrə mütəxəssisləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Avrasiya regionu, Türkiyənin xarici siyasəti, Rusiya-Türkiyə münasibətləri üzrə tanınmış mütəxəssis Cem Oğuz 1997-2001-ci illərdə Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin məsləhətçisi və layihə koordinatoru vəzifələrində çalışmış, erməni soyqırımı iddiaları ilə bağlı Rusiya, Almaniya, İsrail və digər ölkələrin arxivlərində tədqiqat işi aparmışdır. O, eləcə də XİN və Milli Təhlükəsizlik Şurasında "Türk-Erməni əlaqələri”, "Sözdə soyqırım iddiaları” adlı layihələr üzərində işləmişdir.

2000-2001-ci illərdə Avrasiya Strateji Araşdırmalar Mərkəzində Rusiya-Ukrayna şöbəsinin sədri olmuş C.Oğuz 1999-2002-ci illərdə Yeni Türkiyə Araşdırma və Yayım Mərkəzinin məsləhətçisi vəzifəsində də çalışmışdır. O, həmçinin Siyasi Strateji Araşdırmalar Mərkəzinin sədr köməkçisi (2003-2005), Beynəlxalq Münasibətlər Şurasının üzvü (2004-2006), Baş Qərargah Rəisliyinə bağlı Strateji Araşdırmalar Mərkəzinin xarici eksperti (2003-2009) olmuş, eləcə də BMT-nin və ATƏT-in bir sıra fəaliyyətlərinə qatılmışdır.

Cem Oğuz Türkiyənin qabaqcıl mətbu orqanlarının siyasi icmalçısı və köşə yazarı olmaqla yanaşı, bir çox elmi, publisistik, bədii monoqrafiya və məqalələrin müəllifidir.


 

: 120