| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Türkiyənin mətbuat nümayəndələri SAM-ın qonağı olub

2013-02-27 05:28:00

 26 fevral 2013-cü il tarixində SAM-ın direktoru Fərhad Məmmədov və  Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı mütəxəssisi Cavid Vəliyev Türkiyənin mətbuat nümayəndələrini qəbul etmişlər.  

Görüşdə Türkiyə mediasından Faysal Ata (TRT), Ercan Gün (FOX TV), Emrah Kamil Ülker ("Bu gün” qəzeti), Erkan Akkus (KanalTürk), Celil Sağır (Todays Zaman), Veysel Ayhan ("Zaman” qəzeti), Enes Engin Sağ (Samanyolu), Özcan Tikit (Habertürk), Ekrem Acıkel (Kanal D), Halil Soylu (Medyalojik Ajans) iştirak etmişlər.

Görüş zamanı Türkiyə mətbuatında Azərbaycan haqda xəbərlər, 1915-ci il hadisələrinin 100-cü ildönümü - 2015-ci ildə Türkiyə və Azərbaycan mətbuatının əməkdaşlığı, Türk jurnalistlərini Azərbaycanın xarici və daxili siyasəti haqda məlumatlandırmaq, SAM və Türk mətbuatı arasında gələcək əməkdaşlıq kimi mövzular müzakirə olunmuşdur. 



 

: 433