| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Truman Milli Təhlükəsizlik layihəsinin nümayəndə heyəti PA rəsmisi ilə görüşmüşlər

2011-07-22 19:58:00

22 iyul 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Bakıda səfərdə olan ABŞ-ın Truman Milli Təhlükəsizlik layihəsinin nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla görüşmüşlər. Görüşdə PA rəsmisi Azərbaycan xarici siyasət prioritetləri, ABŞ-Azərbaycan münasibətləri, Cənubi Qafqaz regionunun geosiyasəti və təhlühəsizliyi, mövcud təhdidlər və s. barədə qonaqlara məlumat vermişdir.

Elnur Aslanov müzakirə zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini xüsusilə önə çəkərək, münaqişə  ətrafında gedən danışıqlar prosesini, müharibənin regionun ümumi inkişafına mane olduğunu bildirmişdir. Eyni zamanda orada etnik təmizləmələrin aparılması və dinc əhalinin zorakılıqla öz doğma evlərindən qovulması faktı ilə bağlı dünya ictimaiyyətinin öz birmənalı mövqeyini bildirməsinin vacibliyini vurğulamışdır.

Prezident Administrasiyasının şöbə müdiri qonaqları maraqlandıran digər sualları da cavablandıraraq, qarşılıqlı maraq kəsb edən mühüm məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. 



 

: 55