| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Türkiyədə "Azərbaycan həftəsi” keçiriləcək

2013-11-16 01:02:08

18-20 noyabr 2013-cü il tarixlərində Azərbaycan nümayəndə heyəti Türkiyədə "Azərbaycan həftəsi” silsilə tədbirlər keçirmək üçün Türkiyəyə səfər edəcək. 

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyev və Media Xidmətinin Rəhbəri Mehriban Həsənova,  Millət vəkili Musa Qasımlı, Milli Məclis aparatının Analitik İnformasiya şöbəsinin müdir müavini Hatəm Cabbarlı, "Qafqaz” Araşdırmalar Mərkəzinin baş direktoru Araz Aslanlı, APA TV-nin direktoru Vüqar Məsimoğlu və Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi Taleh Ziyadov da daxildir. 

Səfər ərəfəsində Ankara, Yalova, Edirnə, Bursa, Bandırma şəhərlərində bir sıra görüşlər planlaşdırılır. 

Ankarada Baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalin və Türkiyə Xarici İşlər Nazirliyində diplomatlarla görüş, Türk XİN SAM ilə dəyirmi masa və Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi ORSAM ilə birgə konfrans və s. tədbirlər nəzərdə tutulub.


 

: 467