| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Ukraynada enerji təhlükəsizliyinə dair konfrans keçirilmişdir

2012-06-01 09:52:00

2012-ci ilin 29-31 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti Ukraynaya səfər etmiş və bu ölkədə təşkil edilmiş bir sıra tədbirlərdə iştirak etmişdir.

Mayın 30-da Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar Mərkəzinin akt zalında "Avropa və qlobal enerji təhlükəsizliyi kontekstində Qara dəniz və Xəzər regionunun rolu" mövzusunda təşkil edilmiş SAM-ın, Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar Mərkəzinin və Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin birgə səyləri ilə təşkil edilmiş konfrans xüsusi yer tutur. 

Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar Mərkəzinin direktoru A.Yermolayevin, Azərbaycan Respublikasının Ukraynadakı səfiri E.Mədətlinin və SAM-ın direktor müavini G.Paşayevanın açılış nitqləri ilə başlayan tədbirdə Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar Mərkəzinin Direktor müavini A.Litvinenko, SAM-ın aparıcı elmi işçisi K.Makili-Əliyev, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (QUAM) Baş katibi V.Çeçelaşvili, "HOMOC" Mərkəzinin Direktoru M.Qonçar, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri R.İbrahimov və Ukraynanın investisiya və milli layihələrin idarə edilməsi üzrə Dövlət Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin direktoru İ.Jobkva məruzələri ilə davam etdirilmişdir.
Tədbirin sonunda Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar Mərkəzinin direktoru A.Yermolayev və SAM-ın direktor müavini Gülşən Paşayeva hər iki təşkilat arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamışlar. Sənəddə tərəflər arasında nəşrlərin  mübadiləsi, qarşılıq maraq doğuran sahələrdə birgə layihə və tədqiqatların həyata keçirilməsi, ixtisaslarının artırılması məqsədilə tədqiqatçılarının mübadiləsi və s. nəzərdə tutulmuşdur.
Ukraynaya səfər çərçivəsində SAM-ın nümayəndə heyəti Ukrayna Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rəhbərliyi ilə görüşmüş, eləcə də Ukraynanın Milli Elmlər Akademiyasının Ümumdünya tarixi İnstitutunda akademik R.Mehdiyevin "Goris - 2010: absurd teatrı mövsümü" kitabının ukrayna və ingilis dillərində nəşrinin təqdimat mərasimində iştirak etmişlər. 


 



 

: 390