| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"Vişeqrad dördlüyü"-nün XİN nümayəndələri SAM-da olmuşlar

2015-11-03 15:29:45

Azərbaycanda işgüzar səfərdə olan "Vişeqrad dördlüyünün" (V4) nümayəndə heyəti  2015-ci ilin noyabr ayının 3-də Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olmuşdur. Qeyd edək ki, 1991-ci ildə Vişeqrad şəhərində təsis olunmuş həmin qrupa hazırda Mərkəzi Avropanın dörd dövləti – Çexiya, Macarıstan, Polşa və Slovakiya daxildir. Birliyin yaradılmasından məqsəd dördlük üzvlərinin xarici ölkələrlə əməkdaşlığı istiqamətində siyasi dialoqun və  ortaq xarici siyasət strategiyasının müəyyən edilməsidir.

SAM-da keçirilən görüşdə adı çəkilən dövlətilərin xarici işlər nazirliklərini təmsil edən siyasi direktorlar – İvan Yestrab (Çexiya), Peter Mişik (Slovakiya), Levente Benke (Macarıstan) və Yaroslav Vbatkeviç (Polşa) Azərbaycan Respublikasının regionda siyasi və iqtisadi əhəmiyyətini, "Vişeqrad dördlüyü" ölkələri ilə əməkdaşlımı üçün böyük potensiala malik olduğmunu  vurğulamışlar. Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, regional və beynəlxalq sülhün, təhlükəsizliyin təmin olunmasında, bərabərhüquqlu qarşılıqlı faydalı əməkdaşlığın  möhkəmləndirilməsi istiqamətində fəaliyyəti, ölkəmizin xarici siyasətinin prioritetləri, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat vermişdir.


Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə regional və beynəlxalq xarakterli problemlərin həllində Azərbaycan Respublikasının rolu və mövqeyi, ölkəmizin qonşuluq siyasəti ilə əlaqəli məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır. 


 

: 1505