| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Vüsal Qasımlının məqaləsi “Turkish Weekly”-də

2011-10-24 04:47:00

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Vüsal Qasımlının məqaləsi nüfuzlu "Turkish Weekly” internet saytında yerləşdirilib. Məqalə "Qeyri-neft ixracı: Azərbaycan iqtisadiyyatının diversifikasiyasının əsas hərəkətverici qüvvəsi” (Non-Oil Exports: A Powerful Driver of the Diversification of the Azerbaijani Economy)  sərlövhəsi altında nəşr edilib. Məqalədə Azərbaycanın ixrac potensialı olan məhsullarının siyahısı verilməklə xarici bazarlarda mövqe qazanmaq imkanları təhlil edilir. Müəllif qeyri-neft ixracının təkcə məhsul deyil, həm də coğrafi şaxələndirilməsinin vacibliyini vurğulayır. Məqalədə Azərbaycan dövlətinin ixrac həcmini genişləndirmək üçün həyata keçirdiyi təşviq siyasəti (konsaltinq, texniki dəstək, biznes konfranslar, promo tədbirləri və s.) geniş şərh edilir.

V.Qasımlı məqalədə Azərbaycandan qeyri-neft ixracını genişləndirmək üçün xarici birbaşa investisiyaların ölkəyə cəlb edilməsi imkanlarının olduğunu da göstərib.



 

: 397