| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Vətəndaş cəmiyyəti: reallıqlar və perspektivlər” mövzusunda müzakirələr olmuşdur

2012-04-06 01:52:00

2012-ci ilin aprel ayının 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Vətəndaş cəmiyyəti: reallıqlar və perspektivlər” mövzusunda "dəyirmi masa” keçirilmişdir.

Tədbirdə Azərbaycanlı ekspertlər, Bakıda səfərdə olan ABŞ senatorlarının və konqresmenlərinin köməkçilərindən ibarət nümayəndə heyəti, ölkədəki qeyri-hökümət təşkilatlarının və kütləvi informasiya vasitələri təmsilçiləri iştirak etmişlər. "Dəyirmi masa” da cəmiyyətin ictimai-siyasi və mədəni həyatında vətəndaş cəmiyyətlərinin rolu, imkan və perspektivləri, onların inkişafını sürətləndirən amillər, qeyri-hökumət təşkilatlarının (QHT) bu istiqamətdə vəzifələri geniş müzakirə olunmuş, səmərəli fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində amerikalı ekspertlər ölkənin regionları ilə də tanış olmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparmış, ata-baba torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərlə görüşmüşlər.


 



 

: 905