| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Vüsal Qasımlı BMT tədbirində çıxış edəcək

2015-10-26 10:18:59


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Dr.Vüsal Qasımlı BMT-nin Davamlı İnkişaf Ofisinin dəvətilə oktyabrın 27-29-da BƏƏ-nin paytaxtı Abu-Dabidə səfərdə olacaq. V.Qasımlı səfər zamanı  "Orta Şərq və Mərkəzi Asiya regionunda milli inkişaf strategiyaları" mövzusunda beynəlxalq konfransda məruzə edəcək. SAM-ın şöbə müdiri ölkəmizin 2020 və sonrakı inkişaf hədəfləri və Azərbaycanın iqtisadi inkişaf modelinin yeni dövrdə yeni çağırışlara cavab strategiyası barədə iştirakçılara məlumat verəcək. Dr.Qasımlı həmçinin BMT tərəfindən elan edilən 2030 hədəfləri çərçivəsində strategiyaların işlənilməsi üzrə müzakirələrə də qoşulacaq. 

 

Qeyd edək ki, kofransda bir sıra ölkələrin maliyyə və iqtisadiyyat nazirlərinin və beynəlxalq ekspertlərin iştirakı gözlənilir.



 

: 1002